• $
  • €
  • ₽
  • ₺
  • £

Deputat Xalid Tağızadə vəzifədən uzaqlaşdırılıb

Deputat Xalid Tağızadə vəzifədən uzaqlaşdırılıb
03.07.2025 16:50

Rusiya Federasiyasının Xanti-Mansi Muxtar Dairəsinin regional parlamentinin deputatı, Azərbaycan əsilli Xalid Tağızadə sosial inkişaf komitəsi sədrinin müavini vəzifəsindən uzaqlaşdırılıb və maaşdan məhrum edilib.  Bu barədə dairə Duması məlumat yayıb.

Qərar 32 deputatın lehinə, 5 nəfərin bitərəf səs verməsi ilə qəbul olunub.

Komitə sədri Vasili Filipenko bildirib ki, qərarın əsasında etik qaydaların pozulması dayanır — Tağızadə iyun ayının əvvəlində etik komissiyanın iclasına məzuniyyətdən dönməkdən imtina edərək qatılmayıb.

Tağızadə qərarı ədalətsiz adlandırıb və ailəsinin dolanışığını əsas gətirərək prokurorluğa şikayət etdiyini bildirib. Məlumata görə, onun aylıq gəliri 200 min rubldan çox olub.

Daha əvvəl deputat “özbəklərin tarixi torpaqlarına qayıtması” barədə söylədiyi fikirlərə görə tənqid olunub. O, sonradan üzr istəsə də, dediklərinin kontekstdən çıxarıldığını iddia edib.

N.Təbrizli

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 15:52
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Cəmiyyət 15:40
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Cəmiyyət 14:50
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Cəmiyyət 12:48
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub
Cəmiyyət 12:30
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol