• $
  • €
  • ₽
  • ₺
  • £

Ceyhun Bayramov Asiya Ombudsmanlar Assosiasiyasının prezidenti ilə görüşüb

Ceyhun Bayramov Asiya Ombudsmanlar Assosiasiyasının prezidenti ilə görüşüb
13.11.2025 18:24

13 noyabr 2025-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Asiya Ombudsmanlar Assosiasiyasının prezidenti, Pakistanın federal ombdusmanı Ecaz Əhməd Qureşini qəbul edib.Bu barədə XİN-dən məlumat verilib.

Görüş zamanı Azərbaycan-Pakistan münasibətlərinin dostluq və qardaşlıq prinsipləri əsasında dinamik inkişafından məmnunluq ifadə edilib, dövlətlərarası strateji tərəfdaşlığın təşəkkülündə iki ölkənin liderləri arasında yüksək səviyyəli təmasların müstəsna rolu vurğulanıb.

Son bir il ərzində ikitərəfli və çoxtərəfli formatlarda baş tutan çoxsaylı ali və yüksək səviyyəli təmaslar, xüsusilə də Azərbaycan, Pakistan və Türkiyə liderlərinin cari ilin may ayında Laçın şəhərində keçirilmiş üçtərəfli görüşü, eləcə də Pakistan Baş nazirinin 8 Noyabr – Zəfər Gününün 5-ci ildönümünə həsr olunmuş hərbi paradda iştirakı məmnunluqla xatırlanıb.

Azərbaycan ilə Pakistan arasında iqtisadi əməkdaşlıq və qarşılıqlı investisiyaların artan dinamikası qeyd olunub, bunun digər sahələrdə əlaqələrin inkişafına həmçinin müsbət təsir göstərdiyi diqqətə çatdırılıb.

İki ölkənin ombudsman aparatları arasında əməkdaşlığın öz növbəsində ikitərəfli münasibətlərin dərinləşdirilməsi və genişləndirilməsinə əlavə dəyər qatdığı bildirilib.

Beynəlxalq və regional təşkilatlar, o cümlədən BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, D-8 İqtisadi Əməkdaşlıq Təşkilatı və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə çərçivəsində iki ölkənin qarşılıqlı dəstəyə əsaslanan koordinasiyalı fəaliyyəti yüksək qiymətləndirilib.

Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev: Hər lider iqlim dəyişikliyi ilə bağlı öz ölkəsində məsuliyyət daşımalıdır
Siyasət 21:22
İlham Əliyev: Hər lider iqlim dəyişikliyi ilə bağlı öz ölkəsində məsuliyyət daşımalıdır
Prezidentin İrlandiyaya işgüzar səfəri başa çatıb
Siyasət 18:22
Prezidentin İrlandiyaya işgüzar səfəri başa çatıb
Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclası Azərbaycanda keçiriləcək
Siyasət 14:29
Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclası Azərbaycanda keçiriləcək
XİN: Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb
Siyasət 14:08
XİN: Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb
Gələn il Qarabağ Universitetində Mühəndislik fakültəsinin binası açılacaq
Siyasət 12:12
Gələn il Qarabağ Universitetində Mühəndislik fakültəsinin binası açılacaq
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb
Siyasət 23:09
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb
İlham Əliyev və Kiriakos Miçotakis Azərbaycanın Avropaya qaz ixracını müzakirə ediblər
Siyasət 21:58
İlham Əliyev və Kiriakos Miçotakis Azərbaycanın Avropaya qaz ixracını müzakirə ediblər
İlham Əliyev Dublində Ermənistanın Baş naziri ilə görüşüb
Siyasət 21:01
İlham Əliyev Dublində Ermənistanın Baş naziri ilə görüşüb
Prezidentin Endi Börnhemlə görüşü gözlənilir
Siyasət 20:45
Prezidentin Endi Börnhemlə görüşü gözlənilir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol