• $
  • €
  • ₽
  • ₺
  • £

Musa Qasımlı: "Con Kerri erməni milyarderlərin cibindədir"

Musa Qasımlı: "Con Kerri erməni milyarderlərin cibindədir"
29.05.2020 08:17
"ABŞ dövlət katibi Con Kerrinin Azərbaycan əleyhinə qarayaxma kampaniyasına göstəriş verməsi və ona başçılıq etməsində təəccüblü bir şey yoxdur. İlk növbədə ona görə ki, bu adam erməni milyarderlərinin cibindədir".
 
Bunu Trend-ə millət vəkili Musa Qasımlı antiazərbaycan kampaniyasının ABŞ dövlət katibi Con Kerrinin ofisindən idarə olunması məsələsini şərh edərkən deyib.

O bildirib ki, C.Kerri həmin adamdır ki, Cənubi Qafqazda olmamasına və Azərbaycanın Dağlıq Qarabağ regionunun harada yerləşdiyini bilməməsinə baxmayaraq, "Azadlığa dəstək aktı"na 1992-ci ildə edilən 907-ci düzəlişin müəllifi oldu: "Belə bir şəxsdən hansı ədaləti gözləmək olar? Onunla ədalət, obyektivlik arasında 180 dərəcə fərq var".

Deputat hesab edir ki, C.Kerri ABŞ tarixinin ən pis dövlət katibidir: "Onun Dövlət Departamentinə gəldiyi tarixdən bəri baş verən proseslərə diqqət yetirsəniz görərsiniz ki, dünyada ABŞ-ın nüfuzu sürətli şəkildə aşağı düşüb. Dünya xalqları Birləşmiş Ştatlara az qala nifrət edirlər. Bu vəziyyət ABŞ maraqlarını əsassız erməni iddialarına qurban vermiş dövlət katibi Con Kerrinin Amerika xalqı qarşısında "xüsusi xidmətidir". Bir gün amerikalılar ayılacaq və özlərinə belə bir sual verəcəklər: erməni maraqları Amerikanın maraqlarından nə üçün üstün tutulur və ABŞ-ı dünya siyasətində rüsvayçı vəziyyətə gətirib salan kimdir? O zaman Con Kerri cavab verməli olacaq".

M.Qasımlı bildirib ki, Azərbaycana qarşı nə qədər uydurma kampaniyalar aparılsa da, heç bir şeyə nail ola bilməyəcəklər: "Azərbaycan dövləti Avropa oyunlarını ən yüksək səviyyədə təşkil edəcək. Gələcəkdə onun nümunəsinə müraciət edəcəklər. ABŞ-ın maraqları Azərbaycan ilə bərabərhüquqlu əməkdaşlığı tələb edir. Yanlış yoldan imtina edib, düzgün yola qayıtmaqda fayda var".


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Siyasət 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Siyasət 18:32
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
Siyasət 15:35
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Siyasət 14:55
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Siyasət 11:31
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Siyasət 08:30
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
Siyasət 08:17
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
Siyasət 08:03
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol