Makedoniyalı futbolçu rəsmən "Qarabağ"da!

"Qarabağ" növbəti transferini gerçəkləşdirib.
Klubun mətbuat xidmətindən Qol.Az-a verilən məlumata görə, Ağdam təmsilçisi makedoniyalı futbolçu Vladimir Dimitrovskini transfer edib.
Makedoniya yığmasının üzvü ilə iki illik müqavilə imzalanıb. Artıq 26 yaşlı müdafiəçinin adı Peşəkar Futbol Liqasına sifariş edilib.
www.ann.az
























