• $
  • €
  • ₽
  • ₺
  • £

“Daha yaxşı oynayacağıq” – Meza Kolli

“Daha yaxşı oynayacağıq” – Meza Kolli
19.09.2015 13:26
UEFA Avropa Liqasının qrup mərhələsinin I turunun PAOK-la (Yunanıstan) oyunu (0:0) Derlis Meza Kolli üçün əlamətdar olub. 

Qol.Az-ın məlumatına görə, start heyətində meydana çıxan yarımmüdafiəçi "Qəbələ”nin heyətində ilk rəsmi matçını keçirib. 
Derlis "qırmızı-qaralar”ın tarixinə 197-ci futbolçu kimi düşüb. Belə ki, 2005-ci ildə yaranan klubun şərəfini bu oyunadək 196 futbolçu qorumuşdu. Derlis debüt oyunu haqda fikirlərini gabalafc.az-a açıqlayıb:

"Güclü rəqiblə qarşılaşdıq. Çətin oyun oldu. Komandamız yaxşı futbol nümayiş etdirdi. Üstün oyun göstərib, qol imkanları yaratdıq. Lakin bu fürsətlərin heç birindən yararlana bilmədik. Bu matçda qələbə qazanmalı idik. Lakin 3 xal üçün bizə qol yetmədi. İmkanlardan istifadə edə bilmədiyimiz üçün 1 xalla kifayətləndik. Komandamız bu heyətlə qısa müddətdir çıxış edir. Bizə zaman lazımdır. Bu tempdə davam etməliyik. Belə olan halda daha yaxşı oynayacağıq. Bu qarşılaşma mənim "Qəbələ”də ilk matçım idi. Mənə etimad göstərib, şans verdiyi üçün baş məşqçiyə təşəkkür edirəm. Debüt oyunumdan razı qaldım”.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Neftçi” FIBA Avropa Kubokunda “Riqa”ya 55:96 hesabı ilə uduzub
İdman 23:39
“Neftçi” FIBA Avropa Kubokunda “Riqa”ya 55:96 hesabı ilə uduzub
Azərbaycanın U-20 millisi İraqla heç-heçə edib
İdman 21:23
Azərbaycanın U-20 millisi İraqla heç-heçə edib
“Kəpəz” – “Qarabağ” oyununun biletlərinə bir gündə 8400 satış qeydə alınıb
İdman 15:11
“Kəpəz” – “Qarabağ” oyununun biletlərinə bir gündə 8400 satış qeydə alınıb
UEFA Filipp Diallonu FİFA prezidentliyinə namizəd göstərib
İdman 21:59
UEFA Filipp Diallonu FİFA prezidentliyinə namizəd göstərib
"Neftçi" və "Qarabağ"ın oyunlarının vaxtı bəlli olub
İdman 13:18
"Neftçi" və "Qarabağ"ın oyunlarının vaxtı bəlli olub
Azərbaycan futzal millisi Latviyaya 1:5 hesabı ilə uduzub
İdman 22:00
Azərbaycan futzal millisi Latviyaya 1:5 hesabı ilə uduzub
“Sabah” Norveçdə “Vikinq”ə məğlub olub - yenilənib
İdman 01:58
“Sabah” Norveçdə “Vikinq”ə məğlub olub - yenilənib
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İdman 20:19
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İdman 19:49
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol