Kloppdan "Liverpul" açıqlaması

"Borussiya" (Dortmund) klubunun sabiq baş məşqçisi Yurgen Klopp "Liverpul"u çalışdıracağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Qol.Az-ın "Bild" qəzetinə istinadən verdiyi məlumata görə, almaniyalı mütəxəssis hazırda heç bir klubla danışıq aparmadığını deyib:
"Hazırda istirahətimi davam etdirirəm. "Liverpul"u çalışdıracağımla yayılan xəbərlər həqiqəti əks etdirmir. Heç bir klubla da danışıq aparmıram".
Qeyd edək ki, Klopp ötən mövsümün sonunda "Borussiya"dan ayrılıb və hazırda işsizdir.
www.ann.az
























