• $
  • €
  • ₽
  • ₺
  • £

Prosineçki yenә heyәti açıqladı

Prosineçki yenә heyәti açıqladı
09.10.2015 19:49
Bu gün Avro-2016-nın seçmə mərhələsində Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan-İtaliya oyunu öncəsi mətbuat konfransı keçirilib.

"Qafqazinfo”nun məlumatına görə, Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki matç barədə fikirlərini bölüşüb:

"Komandamız 5 gündür ki, hazırlaşır. Hazırlıq yaxşıdır vә komandadan razıyam. Sabah bizi çәtin oyun gözlәyir. 4 qat dünya çempionlarına qarşı çıxış edәcәyik. 4 oyun oynamışıq vә mәğlub olmamışıq. Bu futbolçularda yaxşı әhval-ruhiyyә yaradır. Bunu mәşqlәrdә gördük. Sabah yaxşı oyun göstәrib, yaxşı nәticә qazanacağıq".

Baş məşqçi rəqibin güclü olduğunu qeyd edib:

"Bu oyun öncәsi bildirdim ki, rәqib güclüdür. Bizә yaxşı nәticә vә yaxşı oyun lazımdır. Xorvatiya millisi Bakıya qәlәbә üçün gәlmişdi, amma nәticә fәrqli oldu. Heç-heçә etdik. İtalyaya qarşı yaxşı oyun göstәrmәyә çalışacağıq. Nәticә dә lazımdır”.

Prosineçki millimizin iki üzvünün zədələndiyini bildirib:

"Hәmişә heyәti açıqlayırdım. Amma bu dәfә olmayacaq. Çünki dünәn iki futbolçu zәdәlәnib. Dünәnә kimi heyәti bilirdim, amma kiçik zәdәlilәr var deyә heyәti özüm dә bilmirәm.Hansı oyunçular zәdә alıb onu açıqlamaq istәmirәm. Hәr şey yaxşı olsa qapıda Kamran Ağayev, müdafiәdә Rәşad Sadıqov, Bәdavi Hüseynov, Arif Daşdәmirov, Maksim Medvedev, yarımmüdafiәdә Rahid Әmirquliyev, Eddi İsrafilov, Dimitri Nazarov, Qara Qarayev, hücumda Ruslan Qurbanov, Әfran İsmayılov çıxış edəcək”.

Baş məşqçi Berti Foqtsun komandası ilә indiki Azәrbaycan millisi arasındakı fərqlərdən danışıb:

"Mәn keçmişdәn danışmaq istәmirәm. İndiki komanda haqqında fikir bildirә bilәrәm. Hazırda komandada özünә inam var. Biz 4 oyun uduzmamışıq. Mәn istәdiyim futbolu bu komanda oynayır. Qarıda daha yaxşı işlәr görәcәyik”.


www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Sabah” – “Barselona” matçına 74 ölkədən azarkeş bilet alıb
İdman 19:58
“Sabah” – “Barselona” matçına 74 ölkədən azarkeş bilet alıb
“Neftçi” FIBA Avropa Kubokunda “Riqa”ya 55:96 hesabı ilə uduzub
İdman 23:39
“Neftçi” FIBA Avropa Kubokunda “Riqa”ya 55:96 hesabı ilə uduzub
Azərbaycanın U-20 millisi İraqla heç-heçə edib
İdman 21:23
Azərbaycanın U-20 millisi İraqla heç-heçə edib
“Kəpəz” – “Qarabağ” oyununun biletlərinə bir gündə 8400 satış qeydə alınıb
İdman 15:11
“Kəpəz” – “Qarabağ” oyununun biletlərinə bir gündə 8400 satış qeydə alınıb
UEFA Filipp Diallonu FİFA prezidentliyinə namizəd göstərib
İdman 21:59
UEFA Filipp Diallonu FİFA prezidentliyinə namizəd göstərib
"Neftçi" və "Qarabağ"ın oyunlarının vaxtı bəlli olub
İdman 13:18
"Neftçi" və "Qarabağ"ın oyunlarının vaxtı bəlli olub
Azərbaycan futzal millisi Latviyaya 1:5 hesabı ilə uduzub
İdman 22:00
Azərbaycan futzal millisi Latviyaya 1:5 hesabı ilə uduzub
“Sabah” Norveçdə “Vikinq”ə məğlub olub - yenilənib
İdman 01:58
“Sabah” Norveçdə “Vikinq”ə məğlub olub - yenilənib
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İdman 20:19
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol