• $
  • €
  • ₽
  • ₺
  • £

"Qol vuracağımı hiss edirdim" – Səlçuk İnan

"Qol vuracağımı hiss edirdim" – Səlçuk İnan
16.10.2015 10:47
Sanki hələ də yuxudayam. Bu qəhrəmanlıqda hamının payı var. Komandanın uğurunu bir nəfərin adına yazmaq düzgün olmaz. Həqiqətən də, bu, bir inancın göstəricisidir. Bir xalımız olarkən belə, "biz bitdi demədən, bitməz" demişdik. Allaha şükürlər olsun ki, istəyimizə çatdıq".

Qol.Az-ın məlumatına görə, bu sözləri Türkiyə millisinin futbolçusu Səlçuk İnan ölkəsinin mətbuatına açıqlamasında deyib.

İslandiya ilə görüşdə cərimə zərbəsindən vurduğu qolla komandasını Avropa çempionatının final mərhələsinə yüksəldən Səlçuk qol epizodunu belə şərh edib: "Qulağımız qrupun digər oyunlarında idi. Çünki Qazaxıstan və Hollandiyanın oyunlarından gələcək xəbərlər bizim üçün çox önəmli idi. Qazaxıstanın 1:0 öndə olduğunu öyrəndikdə, daha çox müdafiədən oynadıq. Öz-özümə deyirdim ki, qol vura bilərik, amma çətin görünür. Çünki artıq 10 nəfərlə qalmışdıq. Lakin bir cərimə zərbəsi olsa, qol vura biləcəyimi düşünürdüm. 

Cərimə zərbəsi təyin olunduqda, Arda yanıma gəldi və mənə "əgər məsafə uzaqdırsa, ötürmə edə bilərsən" dedi. Mən də ona "sən get, ötürmə edəcəm" dedim. Ancaq mən inanmışdım. Qol vuracağımı hiss edirdim. Elə bir qol vurdum ki, sonrasında hər kəs özünü itirdi. Çox xoşbəxtəm. Belə çətin günlərdə millətimizə, insanlara sevinc bəxş etmək Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmaqdan daha önəmlidir. Fatih Terimin olduğu yerdə hər zaman uğur var. O, qələbə ruhunu bizə çox yaxşı aşıladı. Avropa çempionatının final mərhələsindəki rəqiblərin hamısı güclü olacaq. Ancaq indidən bu barədə danışmaq çox tezdir".

Qeyd edək ki, Səlçukun matçın 89-cu dəqiqəsində vurduğu qolla İslandiyanı 1:0 hesabı ilə məğlub edən Türkiyə millisi Avropa çempionatının final mərhələsinə birbaşa vəsiqə qazanıb.


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Neftçi” FIBA Avropa Kubokunda “Riqa”ya 55:96 hesabı ilə uduzub
İdman 23:39
“Neftçi” FIBA Avropa Kubokunda “Riqa”ya 55:96 hesabı ilə uduzub
Azərbaycanın U-20 millisi İraqla heç-heçə edib
İdman 21:23
Azərbaycanın U-20 millisi İraqla heç-heçə edib
“Kəpəz” – “Qarabağ” oyununun biletlərinə bir gündə 8400 satış qeydə alınıb
İdman 15:11
“Kəpəz” – “Qarabağ” oyununun biletlərinə bir gündə 8400 satış qeydə alınıb
UEFA Filipp Diallonu FİFA prezidentliyinə namizəd göstərib
İdman 21:59
UEFA Filipp Diallonu FİFA prezidentliyinə namizəd göstərib
"Neftçi" və "Qarabağ"ın oyunlarının vaxtı bəlli olub
İdman 13:18
"Neftçi" və "Qarabağ"ın oyunlarının vaxtı bəlli olub
Azərbaycan futzal millisi Latviyaya 1:5 hesabı ilə uduzub
İdman 22:00
Azərbaycan futzal millisi Latviyaya 1:5 hesabı ilə uduzub
“Sabah” Norveçdə “Vikinq”ə məğlub olub - yenilənib
İdman 01:58
“Sabah” Norveçdə “Vikinq”ə məğlub olub - yenilənib
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İdman 20:19
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İdman 19:49
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox