• $
  • €
  • ₽
  • ₺
  • £

Frans Bekenbauerin də adı FİFA-nın korrupsiya qalmaqalında hallanır

Frans Bekenbauerin də adı FİFA-nın korrupsiya qalmaqalında hallanır
21.10.2015 15:17
FİFA-nın etika üzrə komitəsi oktyabrın 21-də korrupsiyada şübhəli bilinənlərin siyahısını yayacaq

Almaniyanın futbol əfsanəsi Frans Bekenbauerin də adı Beynəlxalq Futbol Federasiyalar Assosiasiyasının (FİFA) korrupsiyada şübhəli bilinən şəxslərinin siyahısındadır.

"Report" xəbər verir ki, bu haqda "Bild" məlumat yayıb.

Məlumata görə, FİFA-nın etika üzrə komitəsi oktyabrın 21-də korrupsiyada şübhəli bilinənlərin siyahısını yayacaq.

Xəbərdə bildirilib ki, 2000-ci ildə "Adidas" şirkətinin başçısı Rober Lui-Dreyfus 6,7 milyon avronu "Almaniya-2006" sifarişçi komitəyə köçürüb. Bu maliyyə vəsaiti Frans Bekkenbaurin başçılıq etdiyi həmin komitənin ehtiyaclarının ödənilməsinə sərf olunmalı imiş. Ancaq həmin məbləğ maliyyə sənədlərinin heç birində öz əksini tapmayıb.

Məlumata əsasən, həmin pullar 2006-cı ildə futbol üzrə dünya çempionatının Almaniya keçirilməsi üçün FİFA-nın İcraiyyə Komitəsindəki Asiyanın 4 təmsilçisinin səsinin alınmasına xərclənib.

Almaniya Futbol Federasiyası, "Adidas" və "Almaniya -2006" sifarişçi komitənin başçısı F.Bekenbauer bu iddiaları təkzib ediblər. FİFA isə məsələ ilə bağlı daxili araşdırma aparacağını bildirib.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Neftçi” FIBA Avropa Kubokunda “Riqa”ya 55:96 hesabı ilə uduzub
İdman 23:39
“Neftçi” FIBA Avropa Kubokunda “Riqa”ya 55:96 hesabı ilə uduzub
Azərbaycanın U-20 millisi İraqla heç-heçə edib
İdman 21:23
Azərbaycanın U-20 millisi İraqla heç-heçə edib
“Kəpəz” – “Qarabağ” oyununun biletlərinə bir gündə 8400 satış qeydə alınıb
İdman 15:11
“Kəpəz” – “Qarabağ” oyununun biletlərinə bir gündə 8400 satış qeydə alınıb
UEFA Filipp Diallonu FİFA prezidentliyinə namizəd göstərib
İdman 21:59
UEFA Filipp Diallonu FİFA prezidentliyinə namizəd göstərib
"Neftçi" və "Qarabağ"ın oyunlarının vaxtı bəlli olub
İdman 13:18
"Neftçi" və "Qarabağ"ın oyunlarının vaxtı bəlli olub
Azərbaycan futzal millisi Latviyaya 1:5 hesabı ilə uduzub
İdman 22:00
Azərbaycan futzal millisi Latviyaya 1:5 hesabı ilə uduzub
“Sabah” Norveçdə “Vikinq”ə məğlub olub - yenilənib
İdman 01:58
“Sabah” Norveçdə “Vikinq”ə məğlub olub - yenilənib
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İdman 20:19
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İdman 19:49
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox