• $
  • €
  • ₽
  • ₺
  • £

Blatter yandırılacaq

Blatter yandırılacaq
06.11.2015 23:31
İngilislər baş futbol funksionerini yandırmaq barədə qərara gəliblər.

Rüşvət və saхtakarlıq səbəbindən ali futbol qurumunun etika komitəsi tərəfindən 90 gün postundan kənarlaşdırılan FIFA prezidenti Yozef Blatter daha bir zərbə alıb.

ANS PRESS-in məlumaına görə, ingilislər Yozef Blatteri yandırmaq barədə qərara gəliblər.

8 min insanın yaşadığı İngiltərənin cənub-şərqində yerləşən Edenbridge qəsəbəsində hər il ənənəvi alov festivalı keçirilir. Festivalda ingilislər bu dəfə Blatteri yandırmaq qərarına gəlib. Bunun üçün Blatterin böyük kuklası hazırlanıb.


Blattererin yandırılacaq maketi

FİFA prezidenti Yozef Blatterlə yanaşı UEFA prezidenti Mişel Platinin də səlahiyyətləri 90 günlük əlindən alınıb. Eyni zamanda İsveçrə Federal Ədliyyə bürosu sentyabrın 25-də Yozef Blatterə qarşı cinayyət işi açıb. Onun qeyri-qanuni şəkildə UEFA prezidenti Mişel Platininin hesabına 2 milyon İsveçrə frankı köçürdüyü iddia edilir. Ancaq Platini bu ittihamla razı olmadığını və pulların qanuni şəkildə müqaviləyə əsasən keçirildiyini bildirilib. 


FIFA prezidenti Yozef Blatter

Blatter 1998-ci ildən FİFA-ya başçılıq edir. Bu ilin may ayının 29-da isə Blatter 5-ci dəfə FİFA prezidenti postuna seçilib. Ancaq 2 iyunda Yozef vəzifəsindən getdiyini bildirib. Yeni prezidentin seçiləcəyi konqres isə 2016-cı ilin fevralın 26-da Sürix şəhərində baş tutacaq.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Neftçi” FIBA Avropa Kubokunda “Riqa”ya 55:96 hesabı ilə uduzub
İdman 23:39
“Neftçi” FIBA Avropa Kubokunda “Riqa”ya 55:96 hesabı ilə uduzub
Azərbaycanın U-20 millisi İraqla heç-heçə edib
İdman 21:23
Azərbaycanın U-20 millisi İraqla heç-heçə edib
“Kəpəz” – “Qarabağ” oyununun biletlərinə bir gündə 8400 satış qeydə alınıb
İdman 15:11
“Kəpəz” – “Qarabağ” oyununun biletlərinə bir gündə 8400 satış qeydə alınıb
UEFA Filipp Diallonu FİFA prezidentliyinə namizəd göstərib
İdman 21:59
UEFA Filipp Diallonu FİFA prezidentliyinə namizəd göstərib
"Neftçi" və "Qarabağ"ın oyunlarının vaxtı bəlli olub
İdman 13:18
"Neftçi" və "Qarabağ"ın oyunlarının vaxtı bəlli olub
Azərbaycan futzal millisi Latviyaya 1:5 hesabı ilə uduzub
İdman 22:00
Azərbaycan futzal millisi Latviyaya 1:5 hesabı ilə uduzub
“Sabah” Norveçdə “Vikinq”ə məğlub olub - yenilənib
İdman 01:58
“Sabah” Norveçdə “Vikinq”ə məğlub olub - yenilənib
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İdman 20:19
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İdman 19:49
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox