• $
  • €
  • ₽
  • ₺
  • £

"Qəbələ"yə qalib gəlməliyik" – PAOK-un futbolçusu

"Qəbələ"yə qalib gəlməliyik" – PAOK-un futbolçusu
23.11.2015 16:05
"Nə deyəcəyimi bilmirəm. Nəticə bizi məyus etdi. Bu cür oyunla qələbə qazanmalı idik. Ancaq bir xalla kifayətləndik".

Qol.Az-ın Yunanıstan mətbuatına istinadən verdiyi məlumata görə, bu sözləri PAOK-un futbolçusu Roberto Mak superliqanın 11-ci turunda "Panetolikos"la görüşdən (0:0) sonra deyib.

Slovakiyalı futbolçu Avropa Liqasının qrup mərhələsində qarşılaşacaqları "Qəbələ" ilə oyuna da toxunub. O, bu görüşdən qələbə ilə ayrılacaqlarına ümid etdiyini bildirib:

"Mövsümün əvvəlindəki kimi oynamırıq. Səbəbini bilmirəm. Ancaq biz bir komanda olmalı və sonadək mübarizə aparmalıyıq. Qarşıda "Qəbələ" ilə matçımız var. Rəqibimiz yaxşı komandadır. Bakıdakı oyunda bunun şahidi olduq. Ancaq bu dəfə doğma azarkeşlərimiz önündə oynayacağıq. Bu matçda daha çox çalışmalı və qələbə qazanmalıyıq. Ümid edirəm ki, istəyimizə nail olacağıq və Avropa Liqasında yolumuza davam edəcəyik".

Qeyd edək ki, noyabrın 26-da keçiriləcək PAOK - "Qəbələ" oyunu Bakı vaxtı ilə gecə saat 00:05-də başlayacaq.  

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Neftçi” FIBA Avropa Kubokunda “Riqa”ya 55:96 hesabı ilə uduzub
İdman 23:39
“Neftçi” FIBA Avropa Kubokunda “Riqa”ya 55:96 hesabı ilə uduzub
Azərbaycanın U-20 millisi İraqla heç-heçə edib
İdman 21:23
Azərbaycanın U-20 millisi İraqla heç-heçə edib
“Kəpəz” – “Qarabağ” oyununun biletlərinə bir gündə 8400 satış qeydə alınıb
İdman 15:11
“Kəpəz” – “Qarabağ” oyununun biletlərinə bir gündə 8400 satış qeydə alınıb
UEFA Filipp Diallonu FİFA prezidentliyinə namizəd göstərib
İdman 21:59
UEFA Filipp Diallonu FİFA prezidentliyinə namizəd göstərib
"Neftçi" və "Qarabağ"ın oyunlarının vaxtı bəlli olub
İdman 13:18
"Neftçi" və "Qarabağ"ın oyunlarının vaxtı bəlli olub
Azərbaycan futzal millisi Latviyaya 1:5 hesabı ilə uduzub
İdman 22:00
Azərbaycan futzal millisi Latviyaya 1:5 hesabı ilə uduzub
“Sabah” Norveçdə “Vikinq”ə məğlub olub - yenilənib
İdman 01:58
“Sabah” Norveçdə “Vikinq”ə məğlub olub - yenilənib
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İdman 20:19
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İdman 19:49
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox