• $
  • €
  • ₽
  • ₺
  • £

İngiltərənin nüfuzlu qəzeti "Qarabağ" klubu barədə məqalə dərc etdi

İngiltərənin nüfuzlu qəzeti "Qarabağ" klubu barədə məqalə dərc etdi
26.11.2015 13:25
Qarabağın doğma şəhəri olan Ağdam Dağlıq Qarabağ münaqişəsi zamanı erməni ordusu tərəfindən dağıdılıb, əhalisi isə şəhəri tərk edib

İngiltərənin nüfuzlu "The Sun" qəzeti "Tottenhem" klubu ilə bu gün Avropa Liqasının qrup mərhələsinin V tur matçında üz-üzə gələcək "Qarabağ" komandası barədə məqalə dərc edib. "Report"un məlumatına görə, məqalə "Tottenhem"in "kabus şəhərindən" olan rəqibi barədə beş fakt" adlanır. 

Yazıda deyilir ki, "Qarabağ"ın doğma şəhəri olan Ağdam Dağlıq Qarabağ münaqişəsi zamanı erməni ordusu tərəfindən dağıdılıb, əhalisi isə şəhəri tərk edib.
Daha sonra deyilir ki, Ağdamdan olan klub futbol üzrə Azərbaycan çepionatının son iki mövsümün qalibi olub və bu mövsüm Çempionlar Liqasında iştirak etsə də, Şotlandiyanın "Seltik" klubu tərəfindən məğlub edilib.

Məqalədə, həmçinin Bakı barədə məlumat verilib. Nəşr bildirir ki, Bakıda bu il ilk Avropa Oyunları keçirilib və burada Harri Kasparov kimi tanınmış şahmatçısı dünyaya gəlib.

Yazıda texniki səhvə də yol verilib. Ermənistan ordusunun Ağdamın böyük hissəsini dağıtmasından sonra "Qarabağ"ın ev oyunlarını Ermənistan milli stadionunda keçirdiyi və tezliklə öz stadionunda oynayacağı vurğulanıb. Halbuki "Qarabağ" Avropa Liqasındakı rəqiblərini Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edir. Komandanın yeni stadionu isə artıq istifadəyə verilib. Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda Azərbaycan Premyer Liqası qarşılaşmaları keçirilir.  

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Neftçi” FIBA Avropa Kubokunda “Riqa”ya 55:96 hesabı ilə uduzub
İdman 23:39
“Neftçi” FIBA Avropa Kubokunda “Riqa”ya 55:96 hesabı ilə uduzub
Azərbaycanın U-20 millisi İraqla heç-heçə edib
İdman 21:23
Azərbaycanın U-20 millisi İraqla heç-heçə edib
“Kəpəz” – “Qarabağ” oyununun biletlərinə bir gündə 8400 satış qeydə alınıb
İdman 15:11
“Kəpəz” – “Qarabağ” oyununun biletlərinə bir gündə 8400 satış qeydə alınıb
UEFA Filipp Diallonu FİFA prezidentliyinə namizəd göstərib
İdman 21:59
UEFA Filipp Diallonu FİFA prezidentliyinə namizəd göstərib
"Neftçi" və "Qarabağ"ın oyunlarının vaxtı bəlli olub
İdman 13:18
"Neftçi" və "Qarabağ"ın oyunlarının vaxtı bəlli olub
Azərbaycan futzal millisi Latviyaya 1:5 hesabı ilə uduzub
İdman 22:00
Azərbaycan futzal millisi Latviyaya 1:5 hesabı ilə uduzub
“Sabah” Norveçdə “Vikinq”ə məğlub olub - yenilənib
İdman 01:58
“Sabah” Norveçdə “Vikinq”ə məğlub olub - yenilənib
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İdman 20:19
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İdman 19:49
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox