• $
  • €
  • ₽
  • ₺
  • £

"Xəzər Lənkəran" təcrübəli futbolçularla yollarını ayıracaq

"Xəzər Lənkəran" təcrübəli futbolçularla yollarını ayıracaq
28.11.2015 14:22
Rahid Əmirquliyev də komandanı tərk edəcək

"Xəzər Lənkəran" klubu bütün təcrübəli futbolçuları ilə yollarını ayırmağa qərar verib. "Report"un əldə etdiyi məlumata görə, bu barədə rəhbərliklə komanda üzvləri arasında görüşdə bildirilib.
Komanda üzvlərinə deyilib ki, mövsümün ilk yarısı yekunlaşdıqdan sonra yüksək ödənişli oyunçular heyətdən göndəriləcək. Ona görə də indidən hərəyə özlərinə klub axtarmaları tövsiyə olunub. Rəhbərlik bu addımı üzləşdikləri maddi problemlərlə əlaqələndirib.

Artıq müdafiəçi Rasim Ramaldanov qış fasiləsini gözləmədən komanda ilə vidalaşıb. Yaxın vaxtlarda digər təcrübəlilər, o cümlədən Rahid Əmirquliyev komandanı tərk edəcək. "Xəzər Lənkəran" mövsümün ikinci hissəsində yalnız öz gənc yetirmələri ilə çıxış edəcək. Klubun xaricdə təlim-məşq toplanışı da böyük ehtimalla baş tutmayacaq. Amma Yunis Hüseynov baş məşqçi postunu tərk etməməyə qərar verib.

Qeyd edək ki, "Xəzər Lənkəran" 13 turdan sonra Azərbaycan Premyer Liqasında 12 xalla 8-ci pillədə qərarlaşıb. Klub bu gün "Zirə"nin qonağı olacaq.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Neftçi” FIBA Avropa Kubokunda “Riqa”ya 55:96 hesabı ilə uduzub
İdman 23:39
“Neftçi” FIBA Avropa Kubokunda “Riqa”ya 55:96 hesabı ilə uduzub
Azərbaycanın U-20 millisi İraqla heç-heçə edib
İdman 21:23
Azərbaycanın U-20 millisi İraqla heç-heçə edib
“Kəpəz” – “Qarabağ” oyununun biletlərinə bir gündə 8400 satış qeydə alınıb
İdman 15:11
“Kəpəz” – “Qarabağ” oyununun biletlərinə bir gündə 8400 satış qeydə alınıb
UEFA Filipp Diallonu FİFA prezidentliyinə namizəd göstərib
İdman 21:59
UEFA Filipp Diallonu FİFA prezidentliyinə namizəd göstərib
"Neftçi" və "Qarabağ"ın oyunlarının vaxtı bəlli olub
İdman 13:18
"Neftçi" və "Qarabağ"ın oyunlarının vaxtı bəlli olub
Azərbaycan futzal millisi Latviyaya 1:5 hesabı ilə uduzub
İdman 22:00
Azərbaycan futzal millisi Latviyaya 1:5 hesabı ilə uduzub
“Sabah” Norveçdə “Vikinq”ə məğlub olub - yenilənib
İdman 01:58
“Sabah” Norveçdə “Vikinq”ə məğlub olub - yenilənib
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İdman 20:19
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İdman 19:49
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox