"Real"ın müraciətinə rədd cavabı

İspaniya kubokundan kənarlaşdırılan "Real"ın etirazı İspaniya Futbol Federasiyası tərəfindən rədd edilib.
Qol.Az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, Madrid klubu ölkə kubokunda "Kadiz"ə qarşı matçda cəzalı futbolçusu Denis Çerışevi oynatdığı üçün turnirdən kənarlaşdırılması ilə bağlı verilən qərar qüvvədə saxlanılıb.
www.ann.az
























