• $
  • €
  • ₽
  • ₺
  • £

Boris Gelfand: "Azərbaycan yığması həmişə yaxşı çıxış edir"

Boris Gelfand: "Azərbaycan yığması həmişə yaxşı çıxış edir"
12.01.2016 21:59
İsrailli şahmatçı Bakıda keçiriləcək Ümumdünya Şahmat Olimpiadası barədə danışıb

"Bu il Bakıda keçiriləcək Ümumdünya Şahmat Olimpiadasının 3 aşkar favoriti olacaq". "Report"un məlumatına görə, bunu "Postimees" nəşrinə açıqlamasında israilli qrossmeyster Boris Gelfand deyib.

İndiyədək 9 Olimpiadada iştirak etmiş 48 yaşlı zəka sahibi bildirib ki, Azərbaycan paytaxtına favorit qismində Rusiya, ABŞ və Çin yığmaları gələcəklər: "Rusiya tarixi favoritdir. Çində güclü şahmatçılar nəsli yetişib, onlar ötən dünya çempionatının qalibi olublar. ABŞ reytinqcə ilk "10-luq"da yer alan 2 şahmatçını - Fabiano Karuana və Uesli Sonu milliləşdirib və indi güclü komandaya malikdir".

Bununla belə, B.Gelfandın fikrincə, rəqabət çox böyükdür: "Ukrayna da güclüdür. Azərbaycan, Ermənistan, Macarıstan, Fransa, Hollandiya və İngiltərə həmişə yaxşı çıxış edir. İndi müxtəlif ölkələrdə çoxlu güclü şahmatçı var. Bu səbəbdən, hər bir Olimpiada sürprizlə zəngin olur. Favoritlər çox vaxt nisbətən zəif komandanın müqavimətini qıra bilmirlər".

Qeyd edək ki, Boris Gelfand 2009-cu il Dünya Kubokunun qalibi, 2012-ci ilin dünya çempionu adına iddiaçı olub. 42-ci Ümumdünya Şahmat Olimpiadası 17 - 30 sentyabrda Baku Crystal Hall"da keçiriləcək. 

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanın U-20 millisi İraqla heç-heçə edib
İdman 21:23
Azərbaycanın U-20 millisi İraqla heç-heçə edib
“Kəpəz” – “Qarabağ” oyununun biletlərinə bir gündə 8400 satış qeydə alınıb
İdman 15:11
“Kəpəz” – “Qarabağ” oyununun biletlərinə bir gündə 8400 satış qeydə alınıb
UEFA Filipp Diallonu FİFA prezidentliyinə namizəd göstərib
İdman 21:59
UEFA Filipp Diallonu FİFA prezidentliyinə namizəd göstərib
"Neftçi" və "Qarabağ"ın oyunlarının vaxtı bəlli olub
İdman 13:18
"Neftçi" və "Qarabağ"ın oyunlarının vaxtı bəlli olub
Azərbaycan futzal millisi Latviyaya 1:5 hesabı ilə uduzub
İdman 22:00
Azərbaycan futzal millisi Latviyaya 1:5 hesabı ilə uduzub
“Sabah” Norveçdə “Vikinq”ə məğlub olub - yenilənib
İdman 01:58
“Sabah” Norveçdə “Vikinq”ə məğlub olub - yenilənib
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İdman 20:19
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İdman 19:49
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
İdman 19:00
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox