• $
  • €
  • ₽
  • ₺
  • £

Müxalifət nümayəndəsi olmaq hüquqi məsuliyyətdən azad etmir - Bayramov

Müxalifət nümayəndəsi olmaq hüquqi məsuliyyətdən azad etmir  - Bayramov
18.11.2026 12:03

Almaniyanın xarici işlər naziri Yohan Vadefulla Bakıda keçirilən birgə mətbuat konfransında Politico jurnalisti Avropa və Almaniya tərəfinin Azərbaycanda qanunun aliliyi ilə bağlı narahatlıqları, xüsusilə müxalifətçi siyasətçi Əli Kərimlinin həbsi və məhkəmə prosesi, həmçinin bunun investisiyalara mümkün təsiri barədə sual verib.

Suala cavab olaraq Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, müxalifət nümayəndəsi olmaq insanı hüquqi məsuliyyətdən azad etmir.

“Hər bir şəxs öz etdiyi əməllərə görə qanun qarşısında bərabərdir, qanun qarşısında cavab verməlidir”, — Bayramov deyib.

Nazirin sözlərinə görə, araşdırma Azərbaycan qanunvericiliyinə tam uyğun aparılır və məhkəmənin yekun qərarı yaranan suallara cavab verəcək.

“Bir daha qeyd etmək istəyirəm ki, kiminsə müxalifət nümayəndəsi olması onu hüquqi məsuliyyətdən azad etmir”, — o bildirib və bu prinsipin Almaniyada və digər dövlətlərdə də tətbiq olunduğunu deyib.

Politico jurnalisti Vadefuldan da bu məsələləri danışıqlarda qaldırıb-qaldırmadığını və onların investisiyalara mümkün təsiri barədə xəbərdarlığının qarşı tərəfdən anlaşıldığını düşünüb-düşünmədiyini soruşub.

“Biz bu mövzuları ümumi şəkildə müzakirə etmişik və bizim üçün qanunun aliliyi və insan hüquqları məsələləri həmişə bu mövzulara daxildir”, — Almaniyanın xarici işlər naziri cavab verib.

Vadeful Almaniya və Azərbaycanın Avropa Şurasının üzvü olduğunu və Avropa İnsan Hüquqları Məhkəməsinin yurisdiksiyasına tabe olduğunu xatırladıb.

O, belə məsələlərin müzakirəsində fikir ayrılıqlarının yarandığını bildirib. Bununla yanaşı, hüquq sistemi çərçivəsində qəbul edilən qərarlara hörmətlə yanaşdığını deyib və həmin qərarların Avropa Şurası institutlarının yoxlamasına davam gətirməli olduğunu vurğulayıb.

“Qanunun aliliyi baxımından etibarlılıq təmin olunduqda dünyanın hər yerindən investisiya qoymaq istəyi artır. Mən bu əlaqəyə də diqqət çəkmişəm”, — Vadeful bildirib.

N.TəbrizliMüəllifN.TəbrizliBütün xəbərləri
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Milli Məclisin saxlanılmasına 72,3 milyon manat ayrılacaq
Siyasət 11:53
Milli Məclisin saxlanılmasına 72,3 milyon manat ayrılacaq
Əmiraslanov: Dövlət fermerə potensial vergi ödəyicisi kimi baxmır
Siyasət 11:49
Əmiraslanov: Dövlət fermerə potensial vergi ödəyicisi kimi baxmır
Putin və Si Cinpin arasında danışıqlar başa çatıb
Siyasət 11:39
Putin və Si Cinpin arasında danışıqlar başa çatıb
Almaniya XİN rəhbəri Bakı və İrəvan arasında sülh müqaviləsinin imzalanmasına çağırıb
Siyasət 11:30
Almaniya XİN rəhbəri Bakı və İrəvan arasında sülh müqaviləsinin imzalanmasına çağırıb
Azərbaycan və Almaniyanın 9 aylıq ticarət dövriyyəsi $1 milyard
Siyasət 11:17
Azərbaycan və Almaniyanın 9 aylıq ticarət dövriyyəsi $1 milyard
Ramiz Mehdiyev 14 illik şərti cəzadan apellyasiya şikayəti verib
Siyasət 10:36
Ramiz Mehdiyev 14 illik şərti cəzadan apellyasiya şikayəti verib
ABŞ Azərbaycana ərazilərin minalardan təmizlənməsinə yardım göstərə bilər
Siyasət 23:11
ABŞ Azərbaycana ərazilərin minalardan təmizlənməsinə yardım göstərə bilər
Almaniya XİN başçısı Prezident İlham Əliyevə təşəkkür edib
Siyasət 20:34
Almaniya XİN başçısı Prezident İlham Əliyevə təşəkkür edib
Almaniyanın xarici işlər naziri Bakıda Şəhidlər xiyabanını ziyarət edib
Siyasət 18:29
Almaniyanın xarici işlər naziri Bakıda Şəhidlər xiyabanını ziyarət edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol