• $
  • €
  • ₽
  • ₺
  • £

Milli Məclisin saxlanılmasına 72,3 milyon manat ayrılacaq

Milli Məclisin saxlanılmasına 72,3 milyon manat ayrılacaq
18.11.2026 11:53

Azərbaycan Respublikası Milli Məclisinin və onun aparatının saxlanılması üçün 2027-ci ilin dövlət büdcəsində 72 milyon 355 min 242 manat vəsait nəzərdə tutulub. Bu məbləğin 82,3 faizi, yəni 59 milyon 356 min 275 manatı əməkhaqqı və sosial sığorta ödənişlərinə yönəldiləcək.

Bu, Milli Məclisin 2027-ci il üçün xərclər smetası haqqında qərar layihəsində əksini tapıb.

Sənədə əsasən, əməkhaqqı xərcləri üçün 47 milyon 607 min 611 manat, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üçün isə 11 milyon 748 min 664 manat ayrılması planlaşdırılır.

Bundan əlavə, dövlət icbari şəxsi sığorta xərcləri üçün 762 min 600 manat, sosial ödənişlər üçün isə 334 min manat nəzərdə tutulub. Sosial ödənişlərə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlər və dövlət qulluqçularına ödənişlər daxildir.

Xərclər smetasında malların, işlərin və xidmətlərin satın alınması, xarici nümayəndə heyətlərinin və rəsmi şəxslərin qəbulu, dəftərxana və təsərrüfat xərcləri, eləcə də əsas fondlara xidmətlə bağlı vəsaitlər də yer alıb.

Layihədə qeyd olunur ki, 2026-cı ildə xarici ölkələrdən gələn qonaqların və deputatların xarici səfərlərinin sayı əvvəlki illərlə müqayisədə artıb. Həmçinin Milli Məclisin təşkilatçılığı ilə Azərbaycanda və xarici ölkələrdə bir sıra beynəlxalq tədbirlər keçirilib. Bu dinamika 2027-ci ilin xərclər smetasının hazırlanmasında nəzərə alınıb.

Sənədə əsasən, elektron sənəd dövriyyəsinin inkişafı, texniki sistemlərin etibarlı fəaliyyətinin təmin edilməsi, kağız dövriyyəsinin azaldılması və sənəd mübadiləsinin operativ təşkili üçün də vəsait ayrılması nəzərdə tutulub.

Bildirilib ki, 2026-cı ildə Milli Məclisin gündəlik fəaliyyətinin və deputatlarla əməkdaşların iş şəraitinin yaxşılaşdırılması məqsədilə kompüter və digər texniki avadanlıqlar alınıb, beşmərtəbəli inzibati binanın isitmə və soyutma sistemləri yenilənib.

2027-ci ildə xidməti otaqlarda zəruri texniki avadanlıqların yenilənməsinin davam etdirilməsi planlaşdırılır. Satınalmaların qanunvericiliyin tələblərinə uyğun olaraq tender və digər satınalma metodları ilə həyata keçirildiyi qeyd olunub.

Gülnar NazimqızıMüəllifGülnar NazimqızıBütün xəbərləri
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Müxalifət nümayəndəsi olmaq hüquqi məsuliyyətdən azad etmir  - Bayramov
Siyasət 12:03
Müxalifət nümayəndəsi olmaq hüquqi məsuliyyətdən azad etmir - Bayramov
Əmiraslanov: Dövlət fermerə potensial vergi ödəyicisi kimi baxmır
Siyasət 11:49
Əmiraslanov: Dövlət fermerə potensial vergi ödəyicisi kimi baxmır
Putin və Si Cinpin arasında danışıqlar başa çatıb
Siyasət 11:39
Putin və Si Cinpin arasında danışıqlar başa çatıb
Almaniya XİN rəhbəri Bakı və İrəvan arasında sülh müqaviləsinin imzalanmasına çağırıb
Siyasət 11:30
Almaniya XİN rəhbəri Bakı və İrəvan arasında sülh müqaviləsinin imzalanmasına çağırıb
Azərbaycan və Almaniyanın 9 aylıq ticarət dövriyyəsi $1 milyard
Siyasət 11:17
Azərbaycan və Almaniyanın 9 aylıq ticarət dövriyyəsi $1 milyard
Ramiz Mehdiyev 14 illik şərti cəzadan apellyasiya şikayəti verib
Siyasət 10:36
Ramiz Mehdiyev 14 illik şərti cəzadan apellyasiya şikayəti verib
ABŞ Azərbaycana ərazilərin minalardan təmizlənməsinə yardım göstərə bilər
Siyasət 23:11
ABŞ Azərbaycana ərazilərin minalardan təmizlənməsinə yardım göstərə bilər
Almaniya XİN başçısı Prezident İlham Əliyevə təşəkkür edib
Siyasət 20:34
Almaniya XİN başçısı Prezident İlham Əliyevə təşəkkür edib
Almaniyanın xarici işlər naziri Bakıda Şəhidlər xiyabanını ziyarət edib
Siyasət 18:29
Almaniyanın xarici işlər naziri Bakıda Şəhidlər xiyabanını ziyarət edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol