• $
  • €
  • ₽
  • ₺
  • £

Avrokuboklarda iki aylıq fasilə başa çatır

Avrokuboklarda iki aylıq fasilə başa çatır
16.02.2016 10:00
Bu gün  Avrokuboklarda iki aylıq fasilə başa çatır.
 
Apasport.az saytının məlumatına görə, iki qarşılaşma ilə Çempionlar Liqasında (ÇL) həlledici mərhələyə start veriləcək.

Parisdə keçiriləcək günün mərkəzi görüşündə PSJ "Çelsi”ni qəbul edəcək. Fransa birinciliyində  çempionluğu böyük ölçüdə təmin edən Paris təmsilçisindən fərqli olaraq, londonlular bütün diqqətlərini məhz ÇL-ə yönəldiblər. Çünki Premyer Liqada uğursuz mövsüm keçirən "Çelsi”nin ilk "dördlüy”ə düşməsi real görünmür. Günün digər matçında "Zenit” "Benfika”nın qonağı olacaq. Portuqaliyadan fərqli, Rusiyada ikinci dövrə start götürmədiyindən, bu, Sankt-Peterburq klubunun 2016-cı ildəki ilk rəsmi görüşü olacaq.

Bu gün UEFA Avropa Liqasında fasilə başa çatacaq. Apasport.az saytının məlumatına görə, turnirin 1/16 final mərhələsinə İstanbuda start veriləcək. "Fənərbaxça” Rusiya təmsilçisi "Lokomotiv”lə qarşılaşacaq. Oyuna prinsipiallıq qatan əsas məqamlardan biri  iki ölkə arasındakı siyasi gərginlikdi.

Çempionlar Liqası

1/8 final, ilk oyunlar

16 fevral

23:45. PSJ (Fransa) – "Çelsi” (İngiltərə)

Baş hakim: Karlos Velasko Karbalyo

23:45. "Benfika” (Portuqaliya) – "Zenit” (Rusiya)

Baş hakim: Canluka Rokki

Avropa Liqası

1/16 final, ilk oyun

16 fevral

21:00. "Fənərbaxça” (Türkiyə) – "Lokomotiv” (Rusiya)

Baş hakim: Martin Stromberqsson
www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanın U-20 millisi İraqla heç-heçə edib
İdman 21:23
Azərbaycanın U-20 millisi İraqla heç-heçə edib
“Kəpəz” – “Qarabağ” oyununun biletlərinə bir gündə 8400 satış qeydə alınıb
İdman 15:11
“Kəpəz” – “Qarabağ” oyununun biletlərinə bir gündə 8400 satış qeydə alınıb
UEFA Filipp Diallonu FİFA prezidentliyinə namizəd göstərib
İdman 21:59
UEFA Filipp Diallonu FİFA prezidentliyinə namizəd göstərib
"Neftçi" və "Qarabağ"ın oyunlarının vaxtı bəlli olub
İdman 13:18
"Neftçi" və "Qarabağ"ın oyunlarının vaxtı bəlli olub
Azərbaycan futzal millisi Latviyaya 1:5 hesabı ilə uduzub
İdman 22:00
Azərbaycan futzal millisi Latviyaya 1:5 hesabı ilə uduzub
“Sabah” Norveçdə “Vikinq”ə məğlub olub - yenilənib
İdman 01:58
“Sabah” Norveçdə “Vikinq”ə məğlub olub - yenilənib
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İdman 20:19
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İdman 19:49
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
İdman 19:00
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox