• $
  • €
  • ₽
  • ₺
  • £

"Neftçi"nin sabiq baş məşqçisi Qazaxıstan millisindən imtina etdi

"Neftçi"nin sabiq baş məşqçisi Qazaxıstan millisindən imtina etdi
24.02.2016 11:18
"Neftçi" futbol komandasının sabiq baş məşqçisi Anatoli Demyanenko Qazaxıstan millisində iş təklifini qəbul etməyib.
 
"Report"un məlumatına görə, bu barədə 57 yaşlı mütəxəssisin özü "Sport Ekspress"ə müsahibəsində deyib.

Ukraynalı baş məşqçi qarşısına ciddi məqsəd qoyulmadığı üçün təklifi qəbul etmədiyini söyləyib: "Əlbəttə, iş üçün darıxmışam. Futbol mənim həyatımdır və onsuz özümü təsəvvür edə bilmirəm. Qazaxıstanda işləmək təklif olundu, ancaq onların hədəfi yoxdur. Hədəfsiz komandada necə işləmək olar? Bu, iş deyil, mövcudluqdur. Ora getməyin nə mənası var?"

A.Demyanenko ciddi hədəfin olmasının zəruriliyini bildirib: "Maraqlanan klublar var. Mənim üçün ciddi hədəf olmalıdır. Məsələn, çempionluq titulu və ya mükafatçılar sırasını düşüb avrokuboklara vəsiqə qazanmaq. Qarşında belə tapşırıq olanda, işləmək üçün stimul yaranır".

Qazaxıstan yığması martın 26-da Azərbaycan millisi ilə Türkiyənin Antalya bölgəsində yoldaşlıq görüşü keçirəcək.

Qeyd edək ki, Anatoli Demyanenko 2008-ci ildə Bakının "Neftçi" klubunda çalışıb. Yanvarın 4-də baş məşqçi postuna təyin olunan ukraynalı mütəxəssis avqustda komandadan göndərilib.
www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanın U-20 millisi İraqla heç-heçə edib
İdman 21:23
Azərbaycanın U-20 millisi İraqla heç-heçə edib
“Kəpəz” – “Qarabağ” oyununun biletlərinə bir gündə 8400 satış qeydə alınıb
İdman 15:11
“Kəpəz” – “Qarabağ” oyununun biletlərinə bir gündə 8400 satış qeydə alınıb
UEFA Filipp Diallonu FİFA prezidentliyinə namizəd göstərib
İdman 21:59
UEFA Filipp Diallonu FİFA prezidentliyinə namizəd göstərib
"Neftçi" və "Qarabağ"ın oyunlarının vaxtı bəlli olub
İdman 13:18
"Neftçi" və "Qarabağ"ın oyunlarının vaxtı bəlli olub
Azərbaycan futzal millisi Latviyaya 1:5 hesabı ilə uduzub
İdman 22:00
Azərbaycan futzal millisi Latviyaya 1:5 hesabı ilə uduzub
“Sabah” Norveçdə “Vikinq”ə məğlub olub - yenilənib
İdman 01:58
“Sabah” Norveçdə “Vikinq”ə məğlub olub - yenilənib
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İdman 20:19
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İdman 19:49
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
İdman 19:00
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox