İsko: "Klubumla daha iki illik müqaviləm var"

"Real"ın futbolçusu İsko Madrid klubundan ayrılacağı iddialarına münasibət bildirib.
Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, 23 yaşlı yarımmüdafiəçi növbəti mövsüm də "Real"da oynayacağını deyib:
"Klubumla daha iki illik müqaviləm var. Sözləşmənin müddəti başa çatana kimi burada qalacam".
Qeyd edək ki, İsko ilə "Arsenal" və "Yuventus"un maraqlandığı iddia edilir.
www.ann.az
























