Messinin halı pisləşdi

Argentina millisinin futbolçusu Lionel Messinin təyyarədə halı pisləşib.
ANN.Az qol.az-a istinadən xəbər verir ki, uçuş zamanı özünü pis hiss edən 29 yaşlı oyunçuya komandanın tibbi heyəti köməklik edib.
Qeyd edək ki, Argentina bu gün səfərdə Kolumbiya ilə qarşılaşacaq.
www.ann.az
























