"Bavariya" Riberi ilə müqaviləni yeniləyir

"Bavariya" futbolçusu Frank Riberi ilə müqaviləni yeniləməyə hazırlaşır.
Qol.az-ın "L'Équipe"yə istinadən yaydığı xəbərə görə, fransalı yarımmüdafiəçi ilə müqavilənin müddəti 2017/2018 mövsümünün sonuna kimi artırılacaq. O, yeni müqavilə ilə əvvəlki kimi ilinə 14 milyon avro qazanacaq.
Qeyed edək ki, F.Riberinin "Bavariya" ilə hazırkı müqaviləsi bu mövsümün sonu başa çatır.
www.ann.az
























