Azərbaycanın səsi “Qızıl top”da kimə gedib?

"France Football" dərgisinin dünyanın ən yaxşı oyunçusunu müəyyənləşdirmək məqsədilə keçirdiyi sorğuda Azərbaycan da iştirak edib.
Qol.az-ın xəbərinə görə, əvvəlki illərdə olduğu kimi, bu ildə səsvermədə jurnalist Rasim Mövsümov iştirak edib. Qol.az-a açıqlamasında R.Mövsümov ilin futbolçusu adına Portuqaliya millisinin və "Real"ın futbolçusu Kriştiano Ronaldonu layiq gördüyünü deyib.
Qeyd edək ki, "Qızıl top"un sahibinin adı bu gün Bakı vaxtı ilə saat 23:00-da açıqlanacaq. Mükafata əsas namizədlər Kriştiano Ronaldo (Portuqaliya, "Real”), Lionel Messi (Argentina, "Barselona) və Antuan Qrizmanndır (Fransa, "Atletiko").
Əlavə edək ki, "Qızıl top"un sahibi jurnalistlər arasındakı səsvermədə zamanı müəyyənləşdirilib.
www.ann.az
























