• $
  • €
  • ₽
  • ₺
  • £

"Çelsi" "Qarabağ"la oyun ərəfəsində problemlə üzləşdi

"Çelsi" "Qarabağ"la oyun ərəfəsində problemlə üzləşdi
10.11.2017 10:30
İngiltərənin "Çelsi” komandası futbol üzrə Çempionlar Liqasının V turunda "Qarabağ”la keçirəcəyi görüş ərəfəsində problemlə üzləşib. 

Anews.az Report-a istinadən xəbər verir ki, London təmsilçisinin hücumçusu Mişi Batşuayi Belçika millisinin düşərgəsində zədələnib.

Noyabrın 10-da Meksika, noyabrın 14-də isə Yaponiya ilə görüşlər üçün yığmaya dəvət alan 24 yaşlı forvard məşq zamanı xəsarət alıb. Futbolçu rentgen müayinəsindən keçsə də, təkrar yoxlanış üçün "Çelsi”nin sərəncamına dönüb. Onun hansı müddətdə meydana çıxa bilməyəcəyinə dair məlumat yaxın günlərdə veriləcək.

Qeyd edək ki, Mişi Batşuayi "Çelsi”nin I turda "Qarabağ”ı Londonda 6:0 hesabı ilə məğlub etdiyi matçın 76-cı dəqiqəsində komandasının sonuncu qoluna imza atıb. Bu kollektivlər arasında növbəti oyun noyabrın 22-də Bakı Olimpiya Stadionunda baş tutacaq və saat 21:00-da start götürəcək.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Neftçi" və "Qarabağ"ın oyunlarının vaxtı bəlli olub
İdman 13:18
"Neftçi" və "Qarabağ"ın oyunlarının vaxtı bəlli olub
Azərbaycan futzal millisi Latviyaya 1:5 hesabı ilə uduzub
İdman 22:00
Azərbaycan futzal millisi Latviyaya 1:5 hesabı ilə uduzub
“Sabah” Norveçdə “Vikinq”ə məğlub olub - yenilənib
İdman 01:58
“Sabah” Norveçdə “Vikinq”ə məğlub olub - yenilənib
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İdman 20:19
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İdman 19:49
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
İdman 19:00
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
İdman 23:41
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
İdman 19:09
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
Eldəniz Əzizli beşqat dünya çempionu olub
İdman 17:45
Eldəniz Əzizli beşqat dünya çempionu olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol