• $
  • €
  • ₽
  • ₺
  • £

Millimiz Ukraynada on medal qazandı

Millimiz Ukraynada on medal qazandı
19.03.2018 23:17
Taekvondo üzrə "Ukraine Open” beynəlxalq turnirinə yekun vurulub. 

Anews.az xəbər verir ki, böyüklərdən ibarət milli komandamız yarışın son günündə də uğura imza atıb.

Komandamızın yeddi üzvü fəxri kürsüyə qalxıb.

Belə ki, qadın taekvondoçularımızdan Fəridə Əzizova (-67 kq) və Patimat Abakarova (-53 kq) yarışı qızıl medalla başa vurub. Radik İsayev (+87 kq) isə həlledici döyüşdə məğlub olaraq gümüş medalla kifayətlənib. Millinin digər üzvlərindən Məhəmməd Məmmədov (-68 kq), Ramin Əzizov (-87 kq), Rufina Əlizadə (-53 kq) və Elvarə Cəlilova (+73 kq) bürünc medal qazanıblar.

Qeyd edək ki, Ukraynanın Xarkov şəhərinin "Lokomotiv” idman sarayında keçirilən "Ukraine Open” turnirinin ilk günü Həşim Məhəmmədov (-58 kq) yarışın qalibi, Məcid Sofiyev (-54 kq) və Şəms Həsənova (-62 kq) isə bürünc medala sahib olmuşdu.

23 idmançı ilə G1 kateqoriyalı yarışa qatılan böyüklərdən ibarət millimiz üç qızıl, bir gümüş və altı bürünc medalla vətənə dönür.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Neftçi" və "Qarabağ"ın oyunlarının vaxtı bəlli olub
İdman 13:18
"Neftçi" və "Qarabağ"ın oyunlarının vaxtı bəlli olub
Azərbaycan futzal millisi Latviyaya 1:5 hesabı ilə uduzub
İdman 22:00
Azərbaycan futzal millisi Latviyaya 1:5 hesabı ilə uduzub
“Sabah” Norveçdə “Vikinq”ə məğlub olub - yenilənib
İdman 01:58
“Sabah” Norveçdə “Vikinq”ə məğlub olub - yenilənib
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İdman 20:19
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İdman 19:49
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
İdman 19:00
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
İdman 23:41
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
İdman 19:09
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
Eldəniz Əzizli beşqat dünya çempionu olub
İdman 17:45
Eldəniz Əzizli beşqat dünya çempionu olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol