• $
  • €
  • ₽
  • ₺
  • £

Qurbanov buna görə tarixə düşdü

Qurbanov buna görə tarixə düşdü
28.05.2020 23:54
 "Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov Azərbaycan çempionatları tarixinə düşüb.

Axar.az xəbər verir ki, bu barədə " Peşəkar Futbol Liqasının Feysbuk hesabında qeyd olunub. Məlumata görə, 46 yaşlı mütəxəssis 1992-ci ildən keçirilən yarışın 26 illik tarixində ən çox qələbə qazanan baş məşqçi ünvanına yiyələnib:

"Bu rekord Azərbaycan Premyer Liqasının I turundan təxirə salınan "Zirə” ilə matçda rəsmiləşib. 3:2 hesablı qələbə Qurbanovun çempionatlarda 205-ci uğuru olub. Klub karyerasında "Neftçi” və "Qarabağ”a rəhbərlik edən mütəxəssis baş məşqçi kimi 13-cü mövsümündə, 347-ci qarşılaşmada rekord vurub. Onun komandaları matçların təxminən 59 faizində qalib gəlib.

V turun "Qəbələ” ilə matçında əldə olunan 4:1 hesablı qalibiyyətlə rekorda şərik çıxan Qurbanov təxirə salınan matç keçirildikdən sonra aktivində 204 qələbə olan Ağasəlim Mircavadovun rekordunu arxada qoyub. Sonuncu "Qarabağ”, "Bakı fəhləsi”, "Şəmkir”, "Neftçi”, "Xəzər Lənkəran”ı ümumilikdə 343 çempionat oyununa çıxarıb.

"205”ə çatan Qurbanov baş məşqçi kimi Azərbaycan çempionatlarında 2006/2007 mövsümündə debüt edib. Onun ilk qələbəsi "Neftçi”dəki debüt matçına təsadüf edib. 2006-cı il avqustun 6-da Qurbanovun yetirmələri "Gənclərbirliyi”ni məğlubiyyətə uğradıb – 6:1”.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Neftçi" və "Qarabağ"ın oyunlarının vaxtı bəlli olub
İdman 13:18
"Neftçi" və "Qarabağ"ın oyunlarının vaxtı bəlli olub
Azərbaycan futzal millisi Latviyaya 1:5 hesabı ilə uduzub
İdman 22:00
Azərbaycan futzal millisi Latviyaya 1:5 hesabı ilə uduzub
“Sabah” Norveçdə “Vikinq”ə məğlub olub - yenilənib
İdman 01:58
“Sabah” Norveçdə “Vikinq”ə məğlub olub - yenilənib
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İdman 20:19
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İdman 19:49
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
İdman 19:00
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
İdman 23:41
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
İdman 19:09
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
Eldəniz Əzizli beşqat dünya çempionu olub
İdman 17:45
Eldəniz Əzizli beşqat dünya çempionu olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol