• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ-da yaşayan soydaşımız çempion oldu

ABŞ-da yaşayan soydaşımız çempion oldu
08.09.2021 20:30


ABŞ-da yaşayan qarışıq döyüş ustası Hüseyn Əliyev 5 sentyabr 2021-ci il tarixində Hyuston şəhərində keçirilən "Cage Fury FC 50” turnirində qələbə qazanıb.
 
 "Bayou City Event Center”in arenasında təşkil edilən turnirdə Hüseyn Əliyev 27 yaşlı ABŞ idmançısı, 65 kq çəki kateqoriyasında çıxış edən Kemeron Qreyvislə qarşılaşıb və rəqibinə qalib gəlib. Yarış zamanı Amerika Azərbaycanlılarının Koordinasiya Şurasının üzvü, Amerika–Azərbaycan İnteqrasiya Mərkəzinin rəhbəri Samir Novruzov və icma üzvləri həmvətənimizi dəstəkləyiblər.
 
Qələbədən sonra soydaşımızla görüşən Samir Novruzov idman sahəsində əldə etdiyi nailiyyətlərinə və idman yarışlarında Azərbaycanı layiqincə təmsil etdiyinə görə Amerika Azərbaycanlılarının Koordinasiya Şurasının və Amerika Azərbaycan İnteqrasiya Mərkəzi adından  Hüseyn Əliyevə diplom təqdim edib.
 
Qeyd edək ki, Hüseyn Əliyev 1990-cı ildə Azərbaycanın paytaxtı Bakı şəhərində anadan olub. MMA üzrə 3 qat dünya çempionu olan, 66 kq çəki dərəcəsində mübarizə aparan Hüseyn Əliyev peşəkar döyüşdə aktivinə 11 qələbə, 1 heç-heçə, passivinə isə 4 məğlubiyyət yazıb. Həmvətənimiz daha böyük turnirlərdə güclü rəqiblərlə döyüşmək üçün bir neçə il öncə ABŞ-a köçüb.



www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Neftçi" və "Qarabağ"ın oyunlarının vaxtı bəlli olub
İdman 13:18
"Neftçi" və "Qarabağ"ın oyunlarının vaxtı bəlli olub
Azərbaycan futzal millisi Latviyaya 1:5 hesabı ilə uduzub
İdman 22:00
Azərbaycan futzal millisi Latviyaya 1:5 hesabı ilə uduzub
“Sabah” Norveçdə “Vikinq”ə məğlub olub - yenilənib
İdman 01:58
“Sabah” Norveçdə “Vikinq”ə məğlub olub - yenilənib
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İdman 20:19
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İdman 19:49
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
İdman 19:00
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
İdman 23:41
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
İdman 19:09
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
Eldəniz Əzizli beşqat dünya çempionu olub
İdman 17:45
Eldəniz Əzizli beşqat dünya çempionu olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol