• $
  • €
  • ₽
  • ₺
  • £

Narazı həndbolçular Azərbaycan millisindən qovulublar

Narazı həndbolçular Azərbaycan millisindən qovulublar
15.11.2021 23:59
Azərbaycan millisinin narazı həndbolçuları federasiyadan şikayətçi olduqları üçün məşqlərdən kənarlaşdırılıblar.
 
Bu barədə Anews.az-a "Məhsul" klubunun kapitanı və yığma üzvü Cavid İsmayılov məlumat verib.
 
Onun sözlərinə görə, federasiyadan narazılığı olan, həmçinin gənclər və idman naziri Fərid Qayıbova müraciət edən 14 oyunçu komandadan qovulub:
 
"Məşqçilər və federasiya rəhbərliyi öz aralarında iclas keçirib və qarşı tərəfi dinləmədən bu cür qərar çıxarıblar".
 
Azərbaycan Həndbol Federasiyası da məlumatı təsdiqləyib. Qurumdan bildirilib ki, bir qrup həndbolçunun mətbuatda və sosial şəbəkələrdə həqiqətə uyğun olmayan, böhtan xarakterli məlumatlar yayması, məşqçi heyətini təhqir etməsi, məşq prosesində iştirak etməməsi və s. məsələlər ətrafında fikir mübadiləsi aparılaraq səsverməyə qoyulub.
 
Yekunda kişilərdən ibarət həndbol komandalarının bir neçə üzvünün kənarlaşdırılması ilə bağlı yekdil qərar qəbul olunub.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Neftçi" və "Qarabağ"ın oyunlarının vaxtı bəlli olub
İdman 13:18
"Neftçi" və "Qarabağ"ın oyunlarının vaxtı bəlli olub
Azərbaycan futzal millisi Latviyaya 1:5 hesabı ilə uduzub
İdman 22:00
Azərbaycan futzal millisi Latviyaya 1:5 hesabı ilə uduzub
“Sabah” Norveçdə “Vikinq”ə məğlub olub - yenilənib
İdman 01:58
“Sabah” Norveçdə “Vikinq”ə məğlub olub - yenilənib
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İdman 20:19
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İdman 19:49
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
İdman 19:00
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
İdman 23:41
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
İdman 19:09
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
Eldəniz Əzizli beşqat dünya çempionu olub
İdman 17:45
Eldəniz Əzizli beşqat dünya çempionu olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol