• $
  • €
  • ₽
  • ₺
  • £

Peşəkar Futbol Liqası AMADA-nın təşəbbüsünə qoşulub

Peşəkar Futbol Liqası AMADA-nın təşəbbüsünə qoşulub
02.04.2022 18:30
Peşəkar Futbol Liqası (PFL) Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) ədalətli idman həftəsi ilə bağlı təşəbbüsünə qoşulub. Bu barədə PFL-in texniki idman şöbəsinin müdiri Elgiz Abbasov məlumat verib.

Onun sözlərinə görə, XXI tur ümumiyyətlə tədbirlər baxımından zəngin olacaq.

"Bu gün keçiriləcək "Qarabağ" - "Səbail" və "Qəbələ" - "Keşlə" oyunlarında 8 aprel bütün dünyada Ədalətli İdman Günü xatırlanacaq. Ölkədə idmanda ədalət prinsipinin və təmiz idman dəyərlərinin qorunmasından məsul qurum olan AMADA bu həftəni ədalətli idman həftəsi elan edib. Bunula bağlı müxtəlif idman növlərində təmiz idmanı təşviq edən aksiyalar keçirilir. PFL və qeyd olunan komandalar da bu şüarlarla idmanda ədalət prinsipinin təbliğinə öz töhfələrini verirlər", - o deyib.

Aprelin 3-də baş tutacaq "Neftçi" - "Zirə" oyununda isə Autizm Xatırlatma günü ilə əlaqədar aksiya olacaq. Futbolçular meydana autizm sindromlu uşaqlarla çıxacaqlar və onlar xüsusi geyimdə olacaqlar.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Neftçi" və "Qarabağ"ın oyunlarının vaxtı bəlli olub
İdman 13:18
"Neftçi" və "Qarabağ"ın oyunlarının vaxtı bəlli olub
Azərbaycan futzal millisi Latviyaya 1:5 hesabı ilə uduzub
İdman 22:00
Azərbaycan futzal millisi Latviyaya 1:5 hesabı ilə uduzub
“Sabah” Norveçdə “Vikinq”ə məğlub olub - yenilənib
İdman 01:58
“Sabah” Norveçdə “Vikinq”ə məğlub olub - yenilənib
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İdman 20:19
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İdman 19:49
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
İdman 19:00
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
İdman 23:41
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
İdman 19:09
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
Eldəniz Əzizli beşqat dünya çempionu olub
İdman 17:45
Eldəniz Əzizli beşqat dünya çempionu olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol