• $
  • €
  • ₽
  • ₺
  • £

Mauro Ikardi "Qalatasaray"da

Mauro Ikardi "Qalatasaray"da
08.09.2022 15:24

"Qalatasaray” PSJ-nin hücumçusu Mauro İkardinin transferini rəsmən açıqlayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

 

Məlumata əsasən, Argentinalı forvard 2022/23 mövsümünün sonuna kimi !Qalatasaray" tərəfindən icarəyə götürülüb.


 

Mətbuat mənsublarına açıqlama verən İkardi fanatları görmək üçün səbirsiz olduğunu deyib.


 

"Mən bura gəlməmişdən əvvəl də azarkeşlərin marağı inanılmaz idi.  Çox həyəcanlıyam, burada inanılmaz mühit var. Bir illik buradayam, sonrasına baxarıq”, - Mauro İkardi deyib.



 

Mauro İkardi 2019-cu ilin sentyabrından PSJ- formasında çıxış edir. O, Fransa klubunun tərkibində  92 oyuna çıxıb, 38 qol vurub.

Argentinalı hücumçu daha öncə İtaliyada "Sampdoriya” və "İnter” komandalarında oynayıb.  29 yaşlı futbolçu, həmçinin, Argentina yığmasında da 8 oyuna çıxıb və 1 qol vurub.


 

İstanbul təmsilçisi, bundan başqa, "Norviç Siti”dən Milot Raşiçanı, "Olborq”dan Matias Ross Yenseni, "Rapid”dən isə Yusuf Dəmiri transfer edib.  


Sadiq Cavadov


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Neftçi" və "Qarabağ"ın oyunlarının vaxtı bəlli olub
İdman 13:18
"Neftçi" və "Qarabağ"ın oyunlarının vaxtı bəlli olub
Azərbaycan futzal millisi Latviyaya 1:5 hesabı ilə uduzub
İdman 22:00
Azərbaycan futzal millisi Latviyaya 1:5 hesabı ilə uduzub
“Sabah” Norveçdə “Vikinq”ə məğlub olub - yenilənib
İdman 01:58
“Sabah” Norveçdə “Vikinq”ə məğlub olub - yenilənib
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İdman 20:19
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İdman 19:49
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
İdman 19:00
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
İdman 23:41
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
İdman 19:09
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
Eldəniz Əzizli beşqat dünya çempionu olub
İdman 17:45
Eldəniz Əzizli beşqat dünya çempionu olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol