• $
  • €
  • ₽
  • ₺
  • £

İnformatika üzrə növbəti qızıl və bürünc medallar!

İnformatika üzrə növbəti qızıl və bürünc medallar!
10.09.2022 14:04
Rumıniyada keçirilən 28 avqust-3 sentyabrda Yeniyetmələrin Balkan İnformatika Olimpiadasında (JBOI 2022) ölkənin aparıcı mobil operatoru "Azercell Telekom” MMC-nin dəstəklədiyi Azərbaycan komandası yüksək nəticə nümayiş etdirib.

Bu beynəlxalq bilik yarışmasında ilk dəfə çıxış edən məktəblilərimiz 1 qızıl və 1 bürünc medal, əlavə olaraq 2 həvəsləndirici mükafat qazanıblar.


JBOI 2022 olimpiadasında qızıl medala Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyinin 10-cu sinif şagirdi Fuad Qarayev, bürünc medala isə "Ankara məktəbi” məktəb-lisey kompleksinin 9-cu sinif şagirdi Əli Əliyev sahibləniblər. Quba Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyinin 10-cu sinif şagirdi Fərid Tarıverdiyev və Fizika riyaziyyat və informatika təmayüllü respublika liseyinin 10-cu sinif şagirdi Şahin Ələkbərli isə yarışmanın həvəsləndirici mükafatına layiq görülüblər.


2017-ci ildən etibarən informatika fənni üzrə beynəlxalq yarışlara hazırlıq prosesi "Azercell Telekom”un Elm və Təhsil Nazirliyi və İnformatika üzrə Milli Olimpiada komandasının məğrur tərəfdaşlığı çərçivəsində həyata keçirilir. Bu müddət ərzində ölkəmizi təmsil edən istedadlı məktəblilərimiz müxtəlif miqyaslı beynəlxalq olimpiadalarda uğurla çıxış edərək 2 qızıl, 10 gümüş, 25 bürünc olmaqla, ümumilikdə 37 medal qazanıblar. Azercell şirkəti Azərbaycanda təhsilin inkişafına və gənclərin potensialının üzə çıxarılmasına xidmət edən layihələri dəstəkləməkdə davam edəcək.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Neftçi" və "Qarabağ"ın oyunlarının vaxtı bəlli olub
İdman 13:18
"Neftçi" və "Qarabağ"ın oyunlarının vaxtı bəlli olub
Azərbaycan futzal millisi Latviyaya 1:5 hesabı ilə uduzub
İdman 22:00
Azərbaycan futzal millisi Latviyaya 1:5 hesabı ilə uduzub
“Sabah” Norveçdə “Vikinq”ə məğlub olub - yenilənib
İdman 01:58
“Sabah” Norveçdə “Vikinq”ə məğlub olub - yenilənib
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İdman 20:19
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İdman 19:49
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
İdman 19:00
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
İdman 23:41
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
İdman 19:09
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
Eldəniz Əzizli beşqat dünya çempionu olub
İdman 17:45
Eldəniz Əzizli beşqat dünya çempionu olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol