“Gent”in kapitanı “Qarabağ”la oyunları buraxa bilər

Belçikanın "Gent” klubunun futbolçusu Vadis Ocica-Ofoe UEFA Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ”la oyunları buraxa bilər.
Buna səbəb 34 yaşlı kapitanın zədələnməsidir.
Ölkə çempionatının XX turunda "Kortriyk”lə matçın (2:1) 16-cı dəqiqəsində zədələnərək əvəzlənən Belçika millisinin sabiq yarımmüdafiəçisi dizindən əməliyyat olunub. Vadisin yaşıl meydanlara nə vaxt qayıdacağı açıqlanmasa da, onun sağalma prosesinin bir neçə ay çəkməsi gözlənilir.
www.anews.az
























