Azərbaycanın FIFA referisi Konfrans Liqasının oyununun baş hakimi olacaq

Azərbaycanlı FIFA referisi Elçin Məsiyev növbəti təyinat alıb.
Görüş avqustun 15-də Stokholm şəhərində yerləşən "Stokholm Arena”da keçiriləcək.
www.anews.az
O, UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək "Yurqorden” (İsveç) - "İlves” (Finlandiya) qarşılaşmasının baş hakimi olacaq.
Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək. Əliyar Ağayev VAR, İnqilab Məmmədov isə AVAR kimi fəaliyyət göstərəcək.
www.anews.az
























