• $
  • €
  • ₽
  • ₺
  • £

"Telegram" "iPhone" istifadəçilərinə haker hücumu təhlükəsi ilə bağlı xəbərdarlıq edib

"Telegram" "iPhone" istifadəçilərinə haker hücumu təhlükəsi ilə bağlı xəbərdarlıq edib
28.11.2026 08:40

“Telegram”ın qurucusu Pavel Durov “iPhone” istifadəçilərinə kütləvi haker hücumu təhlükəsi barədə xəbərdarlıq edib.

Bu barədə Pavel Durov “X” sosial şəbəkəsində paylaşım edib.

Onun sözlərinə görə, iOS-un bir qədər köhnə versiyasından istifadə edən bütün şəxslərin məlumatları təhlükə altında ola bilər. Sadəcə internet saytını açmaq belə hücuma səbəb ola bilər.

“Telegram” köhnə iOS versiyalarından istifadə edən şəxslərə xəbərdarlıq göndərir. Bildirişdə qeyd olunur ki, iOS-un köhnəlmiş versiyalarında məlumatları və hesabları təhlükə altına atan zəifliklər mövcuddur.

İstifadəçilərə cihazlarını qorumaq üçün əməliyyat sistemini yeniləmələri tövsiyə olunur.

Pavel Durov bu xəbərdarlığın geniş yayılmasını göstərən elektron məktubun ekran görüntüsünü də paylaşıb.

“Apple” daha əvvəl “WebKit” brauzer mühərrikindəki oxşar zəiflikləri aradan qaldırmaq üçün yeniləmələr yayımlayıb. Şirkət ötən ilin martında istifadəçiləri iOS 18.3.2 versiyasını quraşdırmağa çağırıb.

“Apple”ın məlumatına görə, zərərli veb-məzmun brauzerin sandboxundan çıxa və müəyyən şəxslərə qarşı mürəkkəb hücumlarda istifadə oluna bilər.

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“X” yeniyetmələr üçün yeni valideyn nəzarəti funksiyalarını istifadəyə verib
Texnologiya 23:31
“X” yeniyetmələr üçün yeni valideyn nəzarəti funksiyalarını istifadəyə verib
Azərbaycanda bu il 134 mindən çox botnet yoluxması qeydə alınıb
Texnologiya 11:14
Azərbaycanda bu il 134 mindən çox botnet yoluxması qeydə alınıb
“Apple” xidmətlərində qlobal nasazlıq yaranıb
Texnologiya 23:48
“Apple” xidmətlərində qlobal nasazlıq yaranıb
MKA "Android TV box" cihazları barədə xəbərdarlıq edib
Texnologiya 14:33
MKA "Android TV box" cihazları barədə xəbərdarlıq edib
Agentlikdən “WhatsApp” hesablarının ələ keçirilməsi ilə bağlı xəbərdarlıq
Texnologiya 21:01
Agentlikdən “WhatsApp” hesablarının ələ keçirilməsi ilə bağlı xəbərdarlıq
Nazir Rəşad Nəbiyev Karolin Vik ilə görüşüb
Texnologiya 17:37
Nazir Rəşad Nəbiyev Karolin Vik ilə görüşüb
Spotify və TikTok Azərbaycanda ƏDV üzrə vergi uçotuna alınıb
Texnologiya 10:39
Spotify və TikTok Azərbaycanda ƏDV üzrə vergi uçotuna alınıb
Tramp süni intellektlə bağlı açıqlama verəcək
Texnologiya 12:44
Tramp süni intellektlə bağlı açıqlama verəcək
Süni intellekt modellərinin təlimində insanın payı 20%-ə düşüb – Kai-Fu Li
Texnologiya 15:01
Süni intellekt modellərinin təlimində insanın payı 20%-ə düşüb – Kai-Fu Li
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol