• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya səfiri Kanada XİN-ə çağırılıb

Rusiya səfiri Kanada XİN-ə çağırılıb
28.11.2026 09:54

Kanada Xarici İşlər Nazirliyi Polşa ərazisində raket və dron qalıqlarının aşkarlanmasından sonra Rusiyanın Ottavadakı səfirini çağırıb.

Bu barədə Kanada XİN-in “X” sosial şəbəkəsindəki bəyanatında bildirilib.

“Kanada müttəfiqləri ilə çiyin-çiyinə dayanır. Biz NATO ərazisinin müdafiəsinə və Ukraynaya dəstəyə tam sadiqik”, - bəyanatda qeyd olunub.

Rusiyanın Kanadadakı səfiri Oleq Stepanov isə Avropa İttifaqı və NATO ölkələrinin hava məkanının qəsdən pozulması ilə bağlı ittihamlarını təkzib edib.

“Polşa ilə bağlı son insident bir daha göstərdi ki, Qərb hökumətləri inandırıcı sübutlar təqdim etmədən və hətta baş verənlərin şəraitini Moskva ilə qurulmuş əlaqə kanalları vasitəsilə əvvəlcədən aydınlaşdırmağa cəhd etmədən bu cür ittihamları ictimai şəkildə irəli sürməyə tələsirlər. Belə yanaşma bu ittihamlara olan inamı sarsıdır”, - səfirin diplomatik nümayəndəliyin “Telegram” kanalında yayımlanan bəyanatında bildirilib.

Noyabrın 20-də Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış ölkə ərazisinə iki Rusiya raketinin və pilotsuz uçuş aparatının düşdüyünü bildirib. Qalıqlar Lyublin və Podkarpatye voyevodluqlarında aşkarlanıb. Hadisə nəticəsində xəsarət alan olmayıb və kritik infrastruktura ziyan dəyməyib.

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya husilərə zərbələr endirib
Dünya 23:48
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya husilərə zərbələr endirib
Ərdoğan sabah İstanbulda yunanıstanlı həmkarı ilə görüşəcək
Dünya 22:16
Ərdoğan sabah İstanbulda yunanıstanlı həmkarı ilə görüşəcək
İran səfiri Küveyt XİN-ə çağırılıb
Dünya 20:06
İran səfiri Küveyt XİN-ə çağırılıb
Gürcüstanın Ankaradakı səfiri Türkiyə XİN-ə çağırılıb
Dünya 18:42
Gürcüstanın Ankaradakı səfiri Türkiyə XİN-ə çağırılıb
Dağıstanda iki sabiq nazir saxlanılıb
Dünya 13:56
Dağıstanda iki sabiq nazir saxlanılıb
“Beşiktaş” – “Hapoel Beer-Şeva” matçında insident: polis azarkeşlərə müdaxilə edib
Dünya 22:40
“Beşiktaş” – “Hapoel Beer-Şeva” matçında insident: polis azarkeşlərə müdaxilə edib
“Caribbean Princess” kruiz gəmisində 268 nəfər norovirusa yoluxub
Dünya 22:11
“Caribbean Princess” kruiz gəmisində 268 nəfər norovirusa yoluxub
Estoniya xarici işlər naziri Bakıya səfər edəcək
Dünya 18:55
Estoniya xarici işlər naziri Bakıya səfər edəcək
Küveytdə PUA hücumunda 2 İtaliya vətəndaşı həlak olub
Dünya 18:36
Küveytdə PUA hücumunda 2 İtaliya vətəndaşı həlak olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol