• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ mətbuatı: “Putinlə Ərdoğan üzr istəməyi bacarmır”

ABŞ mətbuatı: “Putinlə Ərdoğan üzr istəməyi bacarmır”
29.05.2020 12:31
ABŞ-ın nüfuzlu "The New York Times” qəzeti Rusiya və Türkiyə arasında son zamanlar yaranmış gərginliyə toxunub. Qəzetin əməkdaşı Nil Makfarkuar yazdığı məqalədə Vladimir Putin və Rəcəb Tayyip Ərdoğanın bir-birinə çox bənzədiklərini və bu bənzərliyin onların ittifaqına mane olduğunu yazıb. Modern.az həmin məqaləni ixtisarla təqdim edir.

"Problem ondadır ki, hər iki prezident öz statuslarına böyük önəm verirlər və riskli oynamağı sevirlər. Həm Putin, həm Ərdoğan üçün zəif görünməmək vacibdir. Nə o, nə də o birisi geri çəkilməyi yaxud üzr istəməyi bacarmır. Bu mənada onlar sanki əkizlərdi.  
Onların hər ikisini güzəştsiz, millətçiliyə meylli və avtoritar adlandırırlar. Putin hakimiyyətdə qalmaq üçün prezidentlikdən baş nazirliyə və sonradan yenidən prezidentliyə qayıtmışdı.

Ərdoğan da eyni şeyi edir, həm də konstitusiyanı dəyişərək prezidentə daha çox səlahiyyət verməyə çalışır. Hər iki lider qanuna hörmət etdiklərini desələr də, onları həmin qanunları pozmaqda ittiham edirlər. Putin və Ərdoğan onları tənqid edən iri biznes və müxalifət mediasını susdurmaq üçün məhkəmə və vergi orqanlarını zəncirdən buraxıblar.

Putin müxalifətə təzyiqləri ilə məşhurdur.

Ərdoğan da belə reputasiya ilə tanınır. Türkiyə prezidentini təhqir etmək ittiham ilə onlarla insan istintaqa cəlb olundu, bir neçə xarici jurnalist isə deportasiya edildi.  

İki lider də uğursuzluqlarında xarici, beynəlxalq qüvvələri ittiham edirlər və özlərini cəzasız hiss etməyə əsas verən ölkə daxili yüksək populyarlıqla siyasətlərini davam etdirirlər. Ümumilikdə, bu iki insan bir-birinin əksi olduğu üçün təyyarə insidenti ilə bağlı yalnız üçüncü tərəfin iştirakı ilə danışa bilərlər.

Onlar bir-birinə etibar etmirlər. Hər ikisinin çox böyük ambisiyaları var. Digər tərəfdən, iki liderin Parisdə iqlimlə bağlı keçiriləcək beynəlxalq konfransda danışıb-danışmayacaqları da hələ ki, məlum deyil. Ərdoğan Kremlə zəng vurduğunu və problemin itiliyin azaltmaq üçün konfransın kuluarlarında müzakirə etməyi təklif etdiyin söyləyib. Putinin yeganə cavabı isə şənbə günü Türkiyəyə qarşı iqtisadi sanksiyaların tətbiq olunması barədə sərəncam oldu.

Bir çox analitiklər qeyd edir ki, Türkiyə ilə uzunmüddətli qarşıdurma Putinə sərf edəcək.

Ola bilsin ki, Qərbin Ukraynaya görə Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar aradan götürüləcək. Əgər Qərb əleyhinə əhval-ruhiyyədə olan Moskvanın hədəfi Türkiyəyə doğru dəyişərsə, bu Qərblə münasibətlərin yaxşılaşmasına səbəb olacaq”.    

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Dünya 17:03
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
Dünya 15:08
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
Dünya 14:34
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Dünya 08:43
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Dünya 23:56
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
В Азербайджане впервые пройдет чемпионат Европы по баскетболу
Dünya 18:02
В Азербайджане впервые пройдет чемпионат Европы по баскетболу
SEPAH: Qeşm adası üzərində ABŞ-yə məxsus PUA vurulub
Dünya 17:47
SEPAH: Qeşm adası üzərində ABŞ-yə məxsus PUA vurulub
Ermənistan sabah TRIPP layihəsinin başlanmasını rəsmən elan edəcək
Dünya 17:11
Ermənistan sabah TRIPP layihəsinin başlanmasını rəsmən elan edəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol