Yeni prezident müdafiə nazirini istefaya göndərdi

Moldovanın yeni prezidenti İqor Dodon müdafiə naziri Anatoli Şalarunu istefaya göndərib.
ANN.Az-ın APA-ya istinadən verdiyi xəbərinə görə, bu barədə Moldova prezidentinin "Facebook” səhifəsində yazılıb.
"Bir neçə dəqiqə əvvəl Şalarunun istefaya göndərilməsi haqqında sərəncam imzaladım”, - deyə İ.Dodon yazıb.
A.Şalaru "sovet işğalı muzeyi”nin yaradılması barədə bəyanatları ilə məşhurdur. Keçən həftə səlahiyyətlərinin icrasına başlayan İ.Dodon Rusiya ilə strateji tərəfdaşlığı bərpa etmək niyyətindədir.
www.ann.azOxşar xəbərlər
Oxşar xəbərlər

Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib























