Türkiyə hərbçiləri İraqın şimalında terrorçuları zərərsizləşdirdi

Türkiyənin Hərbi Hava Qüvvələri İraqın şimalında Zap və Diyarbəkirin cənub-şərqində Kulp rayonları ərazisində terrorçuların mövqelərinə zərbələr endirib.
anews.az Report-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Hərbi Qüvələrinin Baş Qərargahı məlumat yayıb.
Məlumatda qeyd olunur ki, İraqın şimalında 3 terrorçu zərərsizləşdirilib. Həmçinin terrorçuların 3 sığınacağı dağıdılıb.
Diyarbəkirdə terrorçuların mövqeyinə zərbələr pilotsuz uçuş aparatları ilə endirilib. Nəticədə 1 terrorçu məhv edilib. Onun yanında "Kalaşnikov” avtomatı, 10 dolu daraq və 4 əl qumbarası müəyyən edilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib























