• $
  • €
  • ₽
  • ₺
  • £

Putin Paşinyandan bunları tələb edəcək – İsti şərh

Putin Paşinyandan bunları tələb edəcək – İsti şərh
08.05.2018 15:37
Paşinyan ilk növbədə daha öncə verdiyi vədləri yerinə yetirməyə çalışacaq.

Bu sözləri Axar.az-a açıqlamasında Nikol Paşinyanın baş nazir seçilməsi ilə bağlı danışan sabiq dövlət müşaviri Qabil Hüseynli deyib.

"Paşinyan ilk növbədə daha öncə verdiyi vədləri yerinə yetirməyə çalışacaq. Belə ki, o, Ermənistanda monopoliyaya qarşı mübarizə aparacaq, oliqarxların sərvətlərini müsadirə etməyə çalışacaq. Bu fonda Sərkisyanın, Qarabağ klanının dağılması və onların əllərindəki vəsaitin ələ keçirilməsi prosesinə start verilə bilər. Bu prosesin uğurla başa çatacağını indidən demək çətindir. Bir sözlə, Sərkisyan bu məsələdə ciddi problemlərlə qarşılaşmalı olacaq”.

Politoloq Paşinyanın baş nazir seçilməsindən dərhal sonra Kremlin onu Soçiyə dəvət etməsinə də münasibət bildirib:

"Paşinyan Ermənistanın Qərbə doğru hərəkətini təmin etməyə çalışacaq ki, bu, Moskva tərəfindən müqavimətlə qarşılanacaq. O üzdən hesab edirəm ki, birincisi, Putin Paşinyandan kölə sədaqəti tələb edəcək. İkincisi, Ermənistanla Rusiya arasında bağlanmış müqavilələrin yerinə yetirilməsi istəniləcək. Ermənistandakı bütün fabrik və zavodların İrəvanın borcu müqabilində Rusiyaya verilməsi xüsusi bir sazişdə öz əksini tapıb. Putin Soçidə sözügedən müqaviləyə ciddi əməl edilməsinin vacibliyini erməni baş nazirin diqqətinə çatdıracaq. Ən başlıcası isə Ermənistan "Putin NATO-su” və Avrasiya İttifaqının üzvüdür. Moskva Paşinyanın qarşısında şərt qoyacaq ki, Ermənistan üzvü olduğu təşkilatlarda bundan sonra da Rusiyanın maraqlarına uyğun fəaliyyət göstərsin. Putin üçün Ermənistanda demokratiya və insan haqları önəm kəsb etmir. Rusiya uzun müddətdir ki, Ermənistanı öz himayəsində saxlayır və bunun müqabilində də vassalından şəxsi sədaqət hissi ilə rəhbərinə qulluq etməyi tələb edəcək”.

Siyasi təhlilçi Elxan Şahinoğlu isə ikinci cəhddə baş nazir seçilən Paşinyanın daxili siyasətdə geniş manevr imkanlarının olmadığını qeyd edib:

"Paşyinyan komandasını və proqramını ayaqüstü formalaşdırmalı, islahalatlar aparmaq və sosial durumu normallaşdırmaq üçün əlavə resurslar tapmalıdır. Bu da kasıb Ermənistanda yoxdur, ağası Rusiya isə daha havayı pul vermək istəmir. Paşinyan küçədən hakimiyyətə gəldi, ölkəsini uçurumdan qurtarmasa, elə həmin küçənin təzyiqi ilə də yola salınacaq”.

Politoloq Paşinyanın Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanla danışıqlara hazır olması ilə bağlı səsləndirdiyi fikirlərə də toxunub:

"Bu azdır, Paşinyan konstruktiv mövqeyə gəlməlidir. Onun iki yolu var: sülh, əmin-amanlıq və ölkəsi üçün inkişaf arzulayırsa, keçmiş lideri Levon Ter-Petrosyan kimi münaqişənin "mərhələli həll planı”nı qəbul etməli, xələfləri kimi status-kvonun davamını istəyirsə, əvvəlkitək İrəvanda erməni gənclərinin qəbirlərini qarşılamağa hazır olmalıdır. Seçim Paşinyanındır, onun düşünmək üçün bir neçə ay vaxtı var”.

Qeyd edək ki, Ermənistan parlamenti bu gün Nikol Paşinyanı baş nazir seçib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Dünya 20:20
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
Dünya 18:49
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Dünya 18:01
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Dünya 09:55
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
Dünya 08:50
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
Dünya 08:31
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
BMW yanğın riski səbəbindən ABŞ-də 720 mindən çox avtomobili geri çağırır
Dünya 23:49
BMW yanğın riski səbəbindən ABŞ-də 720 mindən çox avtomobili geri çağırır
Peru sahillərində 5,8 maqnitudalı zəlzələ qeydə alınıb
Dünya 23:00
Peru sahillərində 5,8 maqnitudalı zəlzələ qeydə alınıb
Türkiyə ilə Qətər arasında beş saziş imzalanıb
Dünya 22:35
Türkiyə ilə Qətər arasında beş saziş imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol