Avropanın nəhəngləri təcili toplanır

İtaliya, Almaniya, Fransa və İspaniya liderləri qeyri-rəsmi görüş keçirəcəklər.
Axar.az xəbər verir ki, görüşdə əsas müzakirə mövzusu miqrasiya məsələsi olacaq. İtaliya mətbuatı görüşün iyunun 28-də Brüsseldə baş tutacağını bildirib.
Liderlərin görüşünə əsas təşəbbüsü İtaliya Baş naziri Cuzeppe Kontedir.
Qeyd edək ki, miqrasiya son günlər AB-də geniş müzakirələrə səbəb olub. İtaliyada yeni hökumətin müəyyən edilməsindən sonra rəsmi Roma miqrant qəbulundan de-fakto imtina edib. Romanın mövqeyini Avstriya müdafiə edib. Almaniyada isə kansler Angel Merkel öz koalisiya hökuməti daxilində miqrasiya məsələsində tutduğu mövqeyə görə sərt tənqid olunur.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Son xəbərlər 
Daha çox 






















