• $
  • €
  • ₽
  • ₺
  • £

Moskvadan İrəvana növbəti xəbərdarlıq

Moskvadan İrəvana növbəti xəbərdarlıq
03.08.2018 12:29
"Əgər İrəvan Rusiyanın maraqlarının xeyrinə seçim etməzsə, onda bu, Ermənistan üçün müxtəlif daxili və xarici nəticələrə gətirib çıxara bilər.”

AzVision.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının MDB məsələləri üzrə komitəsinin sədrinin birinci müavini Konstantin Zatulin "Exo Moskvı” radiosunun efirində bəyan edib. Rusiyalı rəsmi açıq şəkildə Ermənistana və baş nazir Nikol Paşinyana xəbərdarlıq edərək, növbəti addımı atmazadan əvvəl ciddi düşünməyi məsləhət görüb.

"Ermənistanda baş nazir Nikol Paşinyanın hansı seçimi edəcəyi barədə düşünməlidirlər. Çünki əgər bu seçim Rusiyanın hansısa narahatlığının təmin edilməsinin xeyrinə olmasa, onda Rusiya tərəfindən baş nazirin addımlarının tənqid edilməsi Ermənistanın həm xarici, həm də daxili siyasətində ən müxtəlif nəticələrə gətirib çıxara bilər”, – deyə Rusiyalı deputat bildirib. 

Zatulinə görə, Ermənistan nəzərə almalıdır ki, bu gün onun təhlükəsizliyinin başlıca qarantı məhz Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlüyü, Rusiyadan verilən silahlar və ərazisində rus hərbi bazasının mövcudluğudur. Bu mənada rusiyalı deputatın fikrincə, əsas öhdəlik yükünü Rusiyanın daşıdığı KTMT-nin baş katibinin həbsi təşkilatın imicinə xələl gətirməyə bilməz. Və İrəvan belə addımlarını davam etdirərsə, bu, ikitərəfli münasibətlərdə yüksək səviyyədə etimadın itirilməsilə nəticələnəcək. 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Macarıstan Baş naziri Ukraynaya səfər edəcək
Dünya 19:04
Macarıstan Baş naziri Ukraynaya səfər edəcək
“Nvidia” Censen Huanqı prezident və baş direktor vəzifəsinə qaytarıb
Dünya 18:08
“Nvidia” Censen Huanqı prezident və baş direktor vəzifəsinə qaytarıb
Almaniyada yüzlərlə məktəbə bomba hədəsi göndərildi
Dünya 16:59
Almaniyada yüzlərlə məktəbə bomba hədəsi göndərildi
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Dünya 22:46
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Gürcüstanda surroqat analıq qadağan edilir
Dünya 19:03
Gürcüstanda surroqat analıq qadağan edilir
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
Dünya 18:30
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Dünya 17:03
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
Dünya 15:08
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
Dünya 14:34
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol