• $
  • €
  • ₽
  • ₺
  • £

Arda Turan və Berkay arasındakı “namus” davası – Təfərrüat

Arda Turan və Berkay arasındakı “namus” davası – Təfərrüat
11.10.2018 20:19
Xəbər verdiyimiz kimi, ötən gün futbolçu Arda Turan müğənni Berkay Şahinin burnunu sındırmışdı.
Oxu.Az xəbər verir ki, məsələdən sonra ilk olaraq Berkayın xanımı Özlem Ada Şahin "Habertürk”ə açıqlama verib.
O, əri ilə klubda olarkən Arda Turanın dostları ilə başqa masada əyləndiyini bildirib.
Berkayın xanımı iddia edib edib ki, futbolçu ona yaxınlaşaraq sataşıb:
"Arda klubda qoluma toxundu və mənə yaxınlaşaraq dedi ki, "evli olmasam, səni əldən qaçırmazdım. Çox gözəl qızsan”. Mən də ona "Nə danışırsan? Özünə gəl” cavabını verdim.
Söhbətimizi Berkay eşitdi və Ardaya söylədi ki, "Xanımı evə göndərirəm, səninlə tək danışacağam”.
Başını mən tərəfə çevirdi və "Səni evə göndərirəm” dedi. Bu anda Arda ona yumruq vurdu. Hər şey bir neçə dəqiqədə baş verdi. Berkay əsla ona toxunmadı, vurmadı.
Sakit bir şəkildə söhbət edəcəyini bildirdi. Berkayı qanlar içində birbaşa xəstəxanaya apardıq. Əməliyyat olunacaq. Ardanın xanımını tanıyıram, "salam-sağ ol”umuz var. Bir yerdə otururuq. Ən əsası o, hamilədir”.
Qəzet yazıb ki, Özlem Şahin hadisənin səhəri günü futbolçunun xanımı Aslıhan Doğana zəng vurub və hadisə barədə ona məlumat verib.
O da qeyd olunub ki, daha sonra Turan əlində silahla xəstəxanaya gedərək, Berkaydan üzr istəyib:
"Sənin arvadının olduğunu bilmirdim. Öldür məni, çox peşmanam”.
Lakin Arda Turan "Instagram”da verdiyi açıqlamada bildirib ki, heç kəsin xanımına sataşmayıb:
"Bəsit mübahisə baş vermişdi, doğrudur, amma səbəbi izah edilən formada deyil”.
Berkay isə "Bütün hüquqi yollara əl atacağıq. Hazırda evdəyəm, həkimlər nəzarət edib. Əməliyyat olunub-olunmayacağım məlum deyil. Ardanın mənim həyat yoldaşımı tanımaması mümkün deyil. İllərdir davam edən və göz önündə olan bir ailəm var”, – deyə açıqlama verib.
Hadisələrin ardından hər kəsin gözü məsələ ilə bağlı açıqlama verməyən Arda Turanın həyat yoldaşı Aslıhan Doğana zillənib.
Aslıhan isə ərinə dəstək olub:
"Yaşananlardan sonra kamilləşən bir insan, ailənin nə olduğunu bilən yaxşı övlad, təxmin ediləndən daha güclü bir qadın və ən vacibi ana olmağa namizəd kimi bu açıqlamanı yazıram. Münasibətimin ilk günündən evliliyimin bu anına kimi axmaq şeylər təqdim etdilər.
Fərqli məqsədlərə xidmət edən, bəzi sosial platformalarda tənqid edərkən özünü haqlı görən və təəssüf ki, neqativlə bəslənən insanlarla qarşılaşdım. Səbrimi çox sınadılar, amma onlara istədiklərini vermədim. Bu gün də verməyəcəyəm. Allahın izni ilə oğlumu qucağıma alacağam.
Yazılan hər hansı bir şeyin, üçüncü şəxsin mənə və ailəmə zərər verəcək gücdə olmadığını bilməyinizi istərdim”.
Qeyd edək ki, Arda Turan bundan öncə də etdiyi davalarla gündəmə gəlmişdi.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Macarıstan Baş naziri Ukraynaya səfər edəcək
Dünya 19:04
Macarıstan Baş naziri Ukraynaya səfər edəcək
“Nvidia” Censen Huanqı prezident və baş direktor vəzifəsinə qaytarıb
Dünya 18:08
“Nvidia” Censen Huanqı prezident və baş direktor vəzifəsinə qaytarıb
Almaniyada yüzlərlə məktəbə bomba hədəsi göndərildi
Dünya 16:59
Almaniyada yüzlərlə məktəbə bomba hədəsi göndərildi
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Dünya 22:46
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Gürcüstanda surroqat analıq qadağan edilir
Dünya 19:03
Gürcüstanda surroqat analıq qadağan edilir
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
Dünya 18:30
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Dünya 17:03
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
Dünya 15:08
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
Dünya 14:34
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol