• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya ilə nüvə müharibəsinə hazırlıq başladı - “Qlobal fırtına”

Rusiya ilə nüvə müharibəsinə hazırlıq başladı - “Qlobal fırtına”
30.10.2018 20:30
ABŞ ordusu "Qlobal fırtına” adlı növbəti genişmiqyaslı hərbi təlimlərə başlayıb.
 
Publika.az "Röyters” agentliyinə istinadən xəbər verir ki, bu haqda ABŞ-ın Müdafiə Nazirliyinin (Pentaqon) rəsmi saytında deyilir.

Müdafiə Nazirliyinin nümayəndələrinin sözlərinə görə, genişmiqyaslı təlimlər Şimali Atlantika İttifaqının tərkibinə daxil olan ölkəyə və başqa dövlətlərə potensial rəqibin hücumlarını aşkarlamağa və qarşısını almağa yönəlib. Qeyd edilir ki, təlimlər zamanı xüsusi diqqət raket əleyhinə müdafiə sistemlərinə ayırılacaq.
Genişmiqyaslı təlimlərdə ABŞ-dan başqa, Böyük Britaniya, Kanada, Avstraliya, Danimarka və Cənubi Koreya iştirak edəcək.

ABŞ-ın Strateji komandanlığının başçısı Con Hayten təlimlərin əhəmiyyətini qeyd edib. Onun sözlərinə görə, mövcud geosiyasi vəziyyət ABŞ və müttəfiqlərinin koordinasiyalı hərəkətini diktə edir. General qeyd edib ki, yalnız bununla Qərb dünyasının üzərində yellənən təhlükəni neytrallaşdırma olar.

Rusiyanın "Pravda” nəşri isə sözügedən təlimləri ABŞ və müttəfiqlərin Rusiya ilə nüvə müharibəsi üzrə təlimlər kimi xarakterizə edib.
Xatırladaq ki, bu yaxınlarda NATO-ya daxil olan ölkələr Rusiya sərhədlərinin bilavasitə yaxınlığında genişmiqyaslı hərbi təlimlər keçiriblər.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Macarıstan Baş naziri Ukraynaya səfər edəcək
Dünya 19:04
Macarıstan Baş naziri Ukraynaya səfər edəcək
“Nvidia” Censen Huanqı prezident və baş direktor vəzifəsinə qaytarıb
Dünya 18:08
“Nvidia” Censen Huanqı prezident və baş direktor vəzifəsinə qaytarıb
Almaniyada yüzlərlə məktəbə bomba hədəsi göndərildi
Dünya 16:59
Almaniyada yüzlərlə məktəbə bomba hədəsi göndərildi
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Dünya 22:46
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Gürcüstanda surroqat analıq qadağan edilir
Dünya 19:03
Gürcüstanda surroqat analıq qadağan edilir
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
Dünya 18:30
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Dünya 17:03
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
Dünya 15:08
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
Dünya 14:34
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol