• $
  • €
  • ₽
  • ₺
  • £

8 aylıq hamilə bildilər, amma ... Həkim "ilk dəfə qarşılaşdım" dedi

8 aylıq hamilə bildilər, amma ... Həkim "ilk dəfə qarşılaşdım" dedi
27.12.2018 16:46
Qadın uşaq sahibi olmaq istədiyi üçün yumurtalığının götürülməsindən qorxurmuş.

Türkiyənin Diyarbəkir şəhərində 15 ildir uşaq həsrəti çəkən və qarnındakı şişlik səbəbiylə hamilə olduğunu güman edən 35 yaşlı Hülya Yaradan həkimə müraciət edib.

Anews.az-ın aznews.az-a istinadən məlumat verir ki, müayinə zamanı qadının hamilə olmadığı, bu şişkinliyə miyomun səbəb olduğu müəyyənləşdirilib.

Bətnindəki miyomun ölçüsünün 16 santimetr olduğunu öyrənən və uşaq həsrəti çəkdiyi üçün əməliyyat olunmaqdan çəkinən H.Yaradan dostlarının tövsiyəsi ilə Qadın doğuş mütəxəssisi həkim Hakan Çoksüerə müraciət edib. Həkim tərəfindən edilən əməliyyat uğurla keçib və onun hamilə qala biləcəyi xəbəri verilib.

Həkim bildirib ki, müayinə edərkən xəstə 8 aylıq hamiləlik kimi görünürdü, amma ultrasəslə baxanda hamiləlik olmadığını və tamamilə miyoma bağlı olduğunu ortaya çıxıb:

"Xəstəmiz bir çox mərkəzə müraciət edib, ona çox riskli bir əməliyyat olduğunu deyiblər. Qadın uşaq sahibi olmaq istədiyi üçün yumurtalığının götürülməsindən qorxurdu. Əməliyyata girəndə qarnının içərisində hər tərəfi bürüyən kəllə şəklində nəhəng bir miyom vardı. Əməliyyat zamanı səbrli və diqqətli şəkildə davrandıq. Xəstə bir gün sonra özünə gəldi. Hazırda rahat yeriyir və xəstəxanadan evə buraxıldı".

Həkim, həmçinin karyerasında ilk dəfə bu ölçüdə miyomla rastlaşdığını deyib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Almaniyada yüzlərlə məktəbə bomba hədəsi göndərildi
Dünya 16:59
Almaniyada yüzlərlə məktəbə bomba hədəsi göndərildi
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Dünya 22:46
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Gürcüstanda surroqat analıq qadağan edilir
Dünya 19:03
Gürcüstanda surroqat analıq qadağan edilir
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
Dünya 18:30
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Dünya 17:03
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
Dünya 15:08
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
Dünya 14:34
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Dünya 08:43
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol