• $
  • €
  • ₽
  • ₺
  • £

Qatil türkiyəli qızları öldürüb, iki gün cəsədlərlə qalıb - TƏFƏRRÜAT

Qatil türkiyəli qızları öldürüb, iki gün cəsədlərlə qalıb - TƏFƏRRÜAT
05.01.2019 19:17

Ukraynanın Xarkov şəhərində 20 və 22 yaşlarında olan Türkiyə vətəndaşları iki tələbə qızın başları kəsilərək qətlə yetirilməsi ilə bağlı yeni detallar üzə çıxıb. 

Oxu.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Buket Yıldız və Zeynəb Hüsünbeyini öldürən şəxsin kimliyi açıqlanıb. 

Qatil Yıldızın keçmiş sevgilisi, "Rinkov” kimi tanınan qətl şübhəlisi Hüsnü Can Ç. adlı şəxsdir. 

 

Sosial şəbəkədə Yıldızla Hüsnünün birlikdə olan zaman çəkilən fotoları paylaşılıb:

O, yanvarın 2-si səhər saatlarında Yıldızın evdə olmamasından istifadə edərək, onların yaşadığı mənzilə daxil olub. Buket Yıldız evə gələn zaman qatil onu öldürüb. Daha sonra şahid saxlamamaq üçün evdə gözləyib və Zeynəb Hüsünbeyini də qətlə yetirib. 

Hüsnü Can qətli törətdikdən sonra iki gün cəsədlərin yanında qalıb və yanvarın 3-ü axşam saatlarında Türkiyəyə qayıdıb. 

Polis şübhəli şəxsin sosial media hesabını araşdıran zaman onun "Criminal Case” video-oyunu ilə maraqlandığını aşkarlayıb. 

Hüquq-mühafizə orqanları həmin şəxsin axtarışlarına başlayıb. 

Xatırladaq ki, qatil əvvəlcə qızları bıçaqlayıb, daha sonra isə başlarını kəsib. 



www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Almaniyada yüzlərlə məktəbə bomba hədəsi göndərildi
Dünya 16:59
Almaniyada yüzlərlə məktəbə bomba hədəsi göndərildi
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Dünya 22:46
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Gürcüstanda surroqat analıq qadağan edilir
Dünya 19:03
Gürcüstanda surroqat analıq qadağan edilir
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
Dünya 18:30
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Dünya 17:03
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
Dünya 15:08
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
Dünya 14:34
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Dünya 08:43
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol