• $
  • €
  • ₽
  • ₺
  • £

Gürcü politoloq: Azərbaycanlıların qatilinin heykəli söküləcək

Gürcü politoloq: Azərbaycanlıların qatilinin heykəli söküləcək
25.01.2019 13:38
Gürcüstanın Axalkalaki bələdiyyəsinin Buqaşen qəsəbəsində Azərbaycan torpaqlarının işğalında iştirak etmiş Mixail Avaqyanın büstünü qoyması ölkədə yaşayan azərbaycanlıların hiddətinə səbəb olub.

Media.Az xəbər verir ki, bu barədə Gürcüstanın Yaxın Şərq və Qafqaz Tədqiqatları İnstitutunun rəhbəri, politoloq Vasili Papava bəyanat verib.

Xatırladaq ki, yanvarın 20-də Buqaşen qəsəbəsində birbaşa olaraq Dağlıq Qarabağ və ətraf rayonların işğalında və azərbaycanlıların qətlində iştirak etmiş M.Avaqyanın büstünün qoyulmasından sonra Azərbaycan Xarici İşlər Nazirliyinin təlimatı əsasında, ölkəmizin Gürcüstandakı Fövqəladə və Səlahiyyətli səfiri təxirəsalınmaz şəkildə Gürcüstan XİN-də görüş keçirib və rəsmi Bakının buna etirazı qarşı tərəfə çatdırılıb.

Bundan başqa, Gürcüstanın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb, onun diqqətinə çatdırılıb ki, baş verən hadisə ölkələrimiz arasında olan iki tərəfli strateji tərəfdaşlıq münasibətlərinə ziddir.

Onu da qeyd edək ki, abidənin açılışında yerli hökumət nümayəndələri (Gürcüstanın), o cümlədən, Axalkalaki meri Yurik Unanyan, Sakrebulo sədri Naira İritsyan, parlament deputatları Enzel Mikoyan və Samvel Manukyan da iştirak edib. Ermənistanı bu "tədbirdə” ölkənin Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Ruben Sadoyan təmsil edib.

"Gürcüstanda separatçılarla çiyin-çiyinə döyüşmüş insana büst qoyulacağını eşidəndə, buna inana bilmədim. Təəssüflər olsun ki, məlumat təsdiqini tapdı. Gürcüstanın ekspert ictimaiyyəti Gürcüstanda baş verən bu hadisədən hiddətlənib”, – deyə V.Papava bildirib.

Həmsöhbət Azərbaycanın yaxşı qonşu, Gürcüstanın əsas strateji, tarixi müttəfiqi və tərəfdaşı olduğunu qeyd edir.

"M.Avaqyana büstün qoyulması haqqında qərar yerli səviyyədə qəbul olunsa da, mərkəzi hakimiyyətin bundan xəbəri olmaya bilməzdi. Bürokratik aparat elə bunun üçün mövcuddur. Yox, əgər abidənin qurulması hakimiyyətlə razılaşdırılmayıbsa, deməli, Tbilisi artıq Axalkalaki bölgəsində vəziyyətə nəzarət etmir”, – deyə V.Papava bildirib.

"Bəs Azərbaycanda Gürcüstanın ərazi bütövlüyünə qarşı savaşmış separatçıya abidənin ucaldılması Gürcüstanda necə qarşılanardı? Qəzəb partlayışı baş verərdi. Onda soruşan lazımdır ki, M.Avaqyanın abidəsinin qurulmasına niyə icazə veriblər. Bu məsələ bizdə müzakirəyə çıxarılsaydı, sizi əmin edirəm ki, Gürcüstan ictimaiyyəti qəti şəkildə bunun əleyhinə olardı”, – deyə politoloq bildirib.

Ekspert qeyd edir ki, heç bir sağlam düşüncəli gürcü Qarabağ müharibəsində erməni separatçılarla çiyin-çiyinə savaşmış "qəhrəmana” abidənin ucaldılmasını dəstəkləməz.

"Bu, hansısa şair və ya yazıçıya qoyulan abidə deyil. Əminəm ki, gürcü tərəfi bütün lazımi addımları atacaq və büst ən yaxın zamanda söküləcək. Bu məsələni Gürcüstan-Azərbaycan gündəmindən çıxarmaq lazımdır. Habelə qərarın kim tərəfindən və hansı səviyyədə qəbul olunduğunu müəyyənləşdirmək zəruridir”,- deyə Papava bildirib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Almaniyada yüzlərlə məktəbə bomba hədəsi göndərildi
Dünya 16:59
Almaniyada yüzlərlə məktəbə bomba hədəsi göndərildi
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Dünya 22:46
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Gürcüstanda surroqat analıq qadağan edilir
Dünya 19:03
Gürcüstanda surroqat analıq qadağan edilir
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
Dünya 18:30
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Dünya 17:03
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
Dünya 15:08
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
Dünya 14:34
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Dünya 08:43
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol