• $
  • €
  • ₽
  • ₺
  • £

Gürcüstanda “Nərimanov qalmaqalı” - Deputat: “Maraqlı qüvvələr aranı qızışdırmaq istəyirlər”

Gürcüstanda “Nərimanov qalmaqalı” - Deputat: “Maraqlı qüvvələr aranı qızışdırmaq istəyirlər”
28.01.2019 12:03
Gürcüstanın Marneuli şəhərindəki Mədəniyyət evinin qarşısında Azərbaycanın dövlət xadimi Nəriman Nərimanovun heykəlinin götürülməsi ilə bağlı məlumatlar yayılıb.

Modern.az saytı məsələnin mahiyyətini  daha ətraflı öyrənməyə çalışıb.

Gürcüstanın "Gürcü arzusu” Partiyasının üzvü, qonşu ölkənin azərbaycanlı deputatı Mahir Dərziyev saytımıza açıqlamasında bu gün məsələ ilə bağlı aksiya keçiriləcəyini bildirib:


"Bu gün günorta saatlarında abidənin önündə keçiriləcək aksiyaya qoşulacam. İqtidarın vəkili kimi partiyanın mövqeyini  rayonun merini əvəz edən şəxslə, rayonun bələdiyyə başqanı  ilə müzakirə edəcəm.  Mövqeyim birmənalıdır. Dəfələrlə demişəm ki, Nərimanov mədəniyyət tariximizdə çox önəmli yeri olan şəxsiyyətdir. Nə abidənin, nə də Mədəniyyət evinin Nərimanovun adını daşımasında problem yoxdur”.


"Düzdür, Mədəniyyət evinə Nərimanovun adının verilməməsi onun sosializm dövrünün siması olması ilə izah edilir. Gürcüstanda Azadlıq-xartiyası adlı qanun var.  Bu çox mütərəqqi bir qanundur. Bu qanun keçmiş Pribaltika ölkələrində də qəbul edilib. Qanun mahiyyət etibarilə  sosializm ideologiyasının qalıqlarının aradan qaldırılmasını nəzərdə tutur. Amma bunu heç bir halda Nərimanova şamil etmək olmaz”-deyə deputat əlavə edib.

 

Azərbaycanlı deputatın sözlərinə görə, Nərimanovun Marneuli  rayon mərkəzindəki Mədəniyyət evinin qarşısında ucalan abidəsi Sovet dövründə qoyulub:


"Həmin Mədəniyyət evi də o dövrdə Nərimanovun adını daşıyırdı. Sonralar adların verilməsi ilə bağlı prosedur qaydaları dəyişdiriləndə Nərimanovun adının verilməsi ilə bağlı Marneuli şəhər bələdiyyəsi qərar qəbul etmişdi. Təəssüf ki, o dövrdə proseduru axıra çatdırmamışdılar. Prosedur gərəyi  bələdiyyənin qərarı Ədliyyə Nazirliyində qeydiyyatdan keçməli idi. Onlar isə onu qeydiyyatdan keçirməmişdilər. Bununla da məsələ eləcə qalmışdı. Bu gün orada o lövhə durur. Mədəniyyət evi Nərimanovun adınadır. Amma faktiki olaraq Nərimanovun adını daşımır”.


Mahir Dərziyev vurğulayıb ki, məsələnin bu formada ortaya atılmasında maraqlı qüvvələr var:


"Kimsə belə bir ajiotaj yaratmağa çalışır ki, guya oradan Nərimanovun abidəsini götürürlər. Guya, ora Merat Kostavanın adının verilməsi məsələsi gündəmdədir. Merat Kostava Gürcüstan tarixində Gürcüstanın milli azadlıq hərəkatında müstəsna xidmətləri olan insandır. Gürcüstanın dövlət müstəqilliyinin bərpası yolunda həyatını vermiş şəxsiyyətdir. Mən də onun Marneulidə xatirəsinin anılmasını istəyirəm. Şərt deyil ki, Nərimanovun adını daşıyan parka, yaxud da Mədəniyyət evinə Kostavanımn verilsin. Merat Kostavanın adının verilməsi üçün yetərincə vasitələr var. Hesab edirəm ki, bu məsələni siyasi müstəviyə keçirmək niyyətindədirlər. Seçkilərdən sonra cəmiyyət siyasiləşib. Bununla da qarşıdurma yaratmaq istəyirlər. Ən əsası, Gürcüstanın azərbaycanlı icması kimi nüfuzlu bir elektoratı iqtidardan uzaqlaşdırmaq məqsədi güdürlər. Halbuki, gürcülər hər zaman Nərimanovun nüfuzunu dərk ediblər. Hazırda Nərimanovun adına Gürcüstanda Ev muzeyi fəaliyyət göstərir”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Almaniyada yüzlərlə məktəbə bomba hədəsi göndərildi
Dünya 16:59
Almaniyada yüzlərlə məktəbə bomba hədəsi göndərildi
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Dünya 22:46
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Gürcüstanda surroqat analıq qadağan edilir
Dünya 19:03
Gürcüstanda surroqat analıq qadağan edilir
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
Dünya 18:30
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Dünya 17:03
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
Dünya 15:08
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
Dünya 14:34
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Dünya 08:43
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol