• $
  • €
  • ₽
  • ₺
  • £

Bir ailəni alovlanan avtomobildən xilas edən azərbaycanlı qardaşlar təltif olundular - FOTO

Bir ailəni alovlanan avtomobildən xilas edən azərbaycanlı qardaşlar təltif olundular - FOTO
29.01.2019 16:31
Azərbaycanın Ukraynadakı Səfirliyi soydaşlarımız Umud və Sabir Şirinov qardaşlarını ukraynalı ailənin həyatını xilas edərkən göstərdikləri şücaət və qəhrəmanlığa görə xüsusi mükafatla təltif edib.

Səfirlikdən Anews.az-a verilən məlumata görə, bununla bağlı səfirlikdə keçirilən görüşdə çıxış edən səfirliyin müşaviri Vüsal Süleymanov bildirib ki, Nikolayev şəhərində üç nəfəri yanan avtomobildən xilas edən soydaşlarımızın qəhrəmanlığını bütün Ukrayna cəmiyyəti rəğbətlə qarşılayıb, yerli mətbuat geniş işıqlandırıb:

"Bu ənənə onu göstərir ki, xalqımız tarixən qəhrəmanlıqları ilə seçiliblər. Öz həyatınızı riskə ataraq azyaşlı uşağı və valideynləri xilas etməklə Azərbaycan xalqının necə humanist, tolerant və qəhrəman olduğunu bir daha dünyaya nümayiş etdirdiniz”.

Göstərdikləri diqqətə görə, səfirliyə təşəkkürünü bildirən U.Şirinov qeyd edib ki, hər bir azərbaycanlı yaşadığı yerdən asılı olmayaraq əməlləri ilə dövlətinin, xalqının başını uca tutmalıdır. Dövlətimizin dünyada yaşayan soydaşlarımıza diqqəti azərbaycanlıların fəaliyyətinə xüsusi stimul verir.



www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Almaniyada yüzlərlə məktəbə bomba hədəsi göndərildi
Dünya 16:59
Almaniyada yüzlərlə məktəbə bomba hədəsi göndərildi
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Dünya 22:46
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Gürcüstanda surroqat analıq qadağan edilir
Dünya 19:03
Gürcüstanda surroqat analıq qadağan edilir
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
Dünya 18:30
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Dünya 17:03
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
Dünya 15:08
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
Dünya 14:34
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Dünya 08:43
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol