• $
  • €
  • ₽
  • ₺
  • £

İsa Peyğəmbər çarmıxdan xilas olub Yaponiyaya gedib - YENİ İDDİA

İsa Peyğəmbər çarmıxdan xilas olub Yaponiyaya gedib - YENİ İDDİA
02.02.2019 15:30
Yaponiyanın Aomori prefekturasındakı Sannoxe bölgəsində Sinqo adlı kənd barədə çox az adamın məlumatı var.

Anews.az olke.az-a istinadən xəbər verir ki, əfsanəyə əsasən, Xonsyu adasının şimalında yerləşən kənddə İsa Peyğəmbər yaşayıb və dünyasını dəyişib.
Yaponiyada bir çox insan İsa Peyğəmbərin çarmıxdan gizli şəkildə qaçdığına və minlərlə kilometr məsafə qət edərək Yapon adalarına gəldiyinə inanır. İddiaya görə, İsa Peyğəmbər burada evlənir və qocalıb ölənə qədər yaşayır.

Əfsanəyə əsasən, İsanın 21 yaşı olanda Yaponiyada 9 il yaşayıb və burada dini biliklərə və müdrikliyə yiyələnib. Sonra isə kiçik qardaşı İsukiri yaşayan İudeyə yola düşüb. Amma Roma vilayətində İsanın təbliğatını sərt qarşıladılar. Onu həbs edərək ölüm hökmünə məhkum etdilər. Bəzi mənbələrə görə, İsanın kiçik qardaşı İsukiri özünü qurban verir və Peyğəmbərin əvəzinə çarmıxa o çəkilir.

Bu hadisədən sonra İsa Sibirə, oradan da Alyaskaya keçir. Sonra isə Yaponiyadakı Sinqo kəndinə qayıdır. Ölümünə qədər isə kədni tərk etmir.



Kiçik kənddə İsa təlimlərinə davam edir, adını Daytenki Taro Yuraya dəyişir və Miyuko adlı qızla evlənir. Bu nikahdan onun üç qızı dünyaya gəlir. Peyğəmbər Sinqo kəndində düyü yetişdirir, uzun illər yaşayaraq 106 yaşında dünyasını dəyişir.

İsa Peyğəmbəri böyük hörmət və ehtiramla dəfn etdilər. Onun qəbiri bu günə qədər də qalır. Hər il minlərlə zəvvar və turist bu kəndə, Peyğəmbərin qəbirinə baş çəkir.
Sinqoda hər il Tanrı Oğlu şərəfinə festival keçirilir. Bundan başqa Sinqonun bir neçə sakini İsanın nəslindən gəldiyini iddia edir...
www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Almaniyada yüzlərlə məktəbə bomba hədəsi göndərildi
Dünya 16:59
Almaniyada yüzlərlə məktəbə bomba hədəsi göndərildi
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Dünya 22:46
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Gürcüstanda surroqat analıq qadağan edilir
Dünya 19:03
Gürcüstanda surroqat analıq qadağan edilir
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
Dünya 18:30
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Dünya 17:03
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
Dünya 15:08
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
Dünya 14:34
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Dünya 08:43
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol