• $
  • €
  • ₽
  • ₺
  • £

200.000-dən çox yeni iş yeri açılacaq - SƏBƏB

200.000-dən çox yeni iş yeri açılacaq - SƏBƏB
13.02.2019 23:00
Atmosferə istixana qazları tullantılarının azaldılması üçün zəruri tədbirlər 2030-cu ilə qədər İspaniyada 200.000-dən çox yeni iş yeri açılmasını təmin edəcək.

Anews.az AZƏRTAC-a istinadən bildirir ki, iqlim dəyişmələrinə qarşı mübarizəyə dair Paris Sazişinin həyata keçirilməsi nəticəsində Avropa əmək bazarı daha çox faydalanacaq. Bu sazişin yerinə yetirilməsi yaxın vaxtlarda Aİ üzvü olan bütün ölkələr tərəfindən zəruri tədbirlər görülməsini nəzərdə tutur. Bu da öz növbəsində iqtisadiyyatın inkişafına və məşğulluq problemlərinin həllinə müsbət təsir göstərəcək. Avropa 2030-cu ilə qədər istixana qazları tullantılarını 40 faiz azaltmağı öhdəyə götürüb. 2050-ci ilə qədər Aİ ölkələrinin iqtisadiyyatı tamamilə karbonsuzlaşdırılacaq.

İstixana qazları tullantlarının məhdudlaşdırılması üçün investisiyalar və bərpa olunan enerji mənbələrinə üstünlük verilməsi nəticəsində 2030-cu ilə qədər Avropa İttifaqında məşğulluq əvvəl gözlənildiyindən 0,5 faiz çox artacaq. "Eurofound"un məlumatına görə, fotoelektrik avadanlığının potensialı 2030-cu ilə qədər İspaniyada 200 mindən çox yeni iş yeri açılmasını təmin edəcək.

"Eurofound"un baş tədqiqatçısı Donald Storrinin sözlərinə görə, İspaniya əmək bazarı üçün ən böyük üstünlük fotoelektrik energetikasının inkişaf potensialının yüksək olması ilə bağlıdır. Alimin proqnozlarına görə, bu enerji mənbəyindən istifadənin genişlənməsi nəticəsində elektrik enerjisi qiymətlərinin də azalacağı gözlənilir.

Bu əsrin əvvəlindən başlayaraq İspaniyada külək energetikası sürətlə inkişaf edir. Hazırda ölkədə bərpa olunan enerji mənbələri hesabına istehsal edilən elektrik enerjisinin təqribən yarısı külək enerjisinin payına düşür.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Dünya 22:46
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Gürcüstanda surroqat analıq qadağan edilir
Dünya 19:03
Gürcüstanda surroqat analıq qadağan edilir
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
Dünya 18:30
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Dünya 17:03
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
Dünya 15:08
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
Dünya 14:34
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Dünya 08:43
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Dünya 23:56
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol